Icma.az
close
up
RU
Şəhid anası: İsmayıl ülvi arzularla getdi, şərəflə qayıtdı

Şəhid anası: İsmayıl ülvi arzularla getdi, şərəflə qayıtdı

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 2 noyabr, Nail Əsgərov, AZƏRTAC

İki şəhid, iki Vətən oğlu uyuyur Kəngərli rayonunun Böyükdüz kənd məzarlığında. Biri Birinci, digəri isə ikinci Qarabağ müharibəsində şəhadətə yüksəlib. İsmayıl Yüzbaşyev igidliyi ilə özündən öncə şəhadətə yüksələn əmioğlusunun qisasını alıb üzüağ gəlib onun yanına. Üçrəngli sevdalısı Şuşanın, Füzulinin, Laçının səmasında əbədi dalğalansın deyə canından keçib, bayrağa bürünüb gəlib. Gedəndə özüylə dünya boyda arzu, istək aparmışdı, gələndə isə dünya boyda qələbə payı gətirib. İllərdir gözlədiyimiz həmin qələbə payını…

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidi İsmayıl Yüzbaşyev 1997-ci il aprelin 1-də Kəngərli rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. Ailənin ikinci övladı olan İsmayıl gülər üzü, mehribanlığı, sözünə, əhdinə sədaqəti ilə valideynlərinin, qohum-qonşunun hörmətini qazanıb. Orta məktəbi bitirdikdən sonra-2015-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayan İsmayıl bir il sonra Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması yolunda böyük şücaət göstərib.

Oktyabrın 17-də müharibəyə xüsusi təyinatlı qüvvələrin tərkibində qatılan İsmayıl Füzulinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Tuğ kəndinin düşmən tapdağından azad olunmasında, Laçın dəhlizindəki döyüşlərdə, Daşaltı əməliyyatında əzmini, hünərini ortaya qoyub. 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 4 gün sonra noyabrın 13-də yaşadığı Böyükdüz kəndində torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 3 cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

“İsmayıl haqqında nə qədər danışsam sözüm-söhbətim bitməz. Uşaqlığından bizə heç bir əziyyət verməyib. Ağıllı-kamallı uşaq idi. Heç kimlə işi olmazdı. Nə tapşırıq versən, baş üstə deyərdi. Hərbi xidməti bitirdikdən bir müddət sonra dedi ki, orduda işləmək istəyirəm. Sözün açığı atası da, mən də razı deyildik. Heç vaxt sözümüzdən çıxmadığı halda, bu dəfə bizdən xəbərsiz gedib hərbiyə yazılmışdı. Bir gün gördük əlində sənədlə gülə-gülə gəlir. Dedi ki, hərbiyə yazılmışam. Dedik ki, Allah xeyirli etsin, yolun açıq olsun. Hara getsəydi haqqında tərif, xoş söz eşidərdik. Hamı deyirdi halal olsun ki, bu cür övlad böyütmüsünüz”-deyir böyük qürurla şəhidin anası Nəzakət xanım.

O qeyd edir ki, övladı 11 ay hərbidə işlədikdən sonra müharibə başlayıb: “Qıvraqda xidmət zamanı yazılmışdı xüsusi təyinatlı qüvvələrə. Çox sevirdi Vətənini. Çalışırdı ki, döyüşlərdə iştirak etsin və istəyinə də çatdı. Sonuncu dəfə 2020-ci ilin oktyabrın 21-i zəng etdi evə. Dedi ki, ana, məndən nigaran olma. Müharibədə deyiləm, Gəncədəyəm. Arxa cəbhədəyik. Sonralar bildim ki, mən narahat olmayım deyə elə deyirmiş. Dedim, bala, qorxma, yaxşı olacaq. Dedi ki, ana, niyə qorxuram?! Mən döyüşdəki yoldaşlarımdan artıq deyiləm. Qorxmuram! İsmayıl, doğrudan da çox qorxmaz idi”.

Nəzakət xanım bildirir ki, İsmayıl müharibəyə getməmişdən öncə evə gələrək anasını görüb: “Evə gəlib əl-üzünü yudu. Çarpayıda uzanmışdı ki, zəng gəldi. Komandiri idi. Deyirdi tez gəlin. Bu dəfə evdən çıxanda üz-gözümdən bərk-bərk öpərək boynuma sarıldı. Dedi ki, gedirik təlimə. Zəng etməsəm, narahat olmayın. Bir ay sonra qayıdacağam. Balam ülvü arzularla getdi, şərəflə qayıtdı. Vətən üçün can atırdı, Vətən üçün də canını fəda etdi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin”

Bəli, Ali Baş Komandanın siyasi iradəsi, İsmayıl Yüzbaşyev kimi Vətənini sevən oğulların sayəsində 5 ildir ki, başımız dik, alnımız açıqdır, xalq, dövlət, ordu olaraq müzəffərik, məğruruq, qalibik. Hər bir gəncimiz, yeni nəsillər igidlərimizin qəhrəmanlığından daim vətənpərvərlik dərsi, tərbiyəsi alacaq, illər, əsrlər ötsə də torpaqlarımızın azadlığı naminə tökülən qanlar, qurban verilən canlar heç zaman unudulmayacaq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri