Şəhid İsmayıl Qasımovun məzarı ziyarət olundu FOTO
Manset saytından alınan məlumata görə, Icma.az bildirir.
İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Qasımov İsmayıl Sadiq oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunulub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qasımov İsmayıl Sadiq oğlu şəhadətindən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















