Icma.az
close
up
RU
Şəhid anası: Nigaran qalma tez qayıdacağam deyib, Nicat könüllü cəbhəyə yollandı

Şəhid anası: Nigaran qalma tez qayıdacağam deyib, Nicat könüllü cəbhəyə yollandı

Icma.az bildirir, Azertag portalına istinadən.

Şirvan, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Hər bir ömrün bir dastanı var. Kiminin dastanı uzun illərlə yazılır, kiminin dastanı isə bir neçə illik, amma dolğun bir ömürlə. Hüseynov Nicat Ziyafət oğlunun dastanı da 23 illik bir ömrə sığan, amma əsrlərə yadigar qalan qəhrəmanlıq salnaməsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1997-ci il iyunun 4-də Şirvan şəhərində doğulan Nicat elə uşaqlıqdan Vətən sevgisi ilə böyüyüb.

Qəhrəman övladının əziz xatirəsindən danışan şəhid anası Zümrdü Hüseynova deyir ki, evin sonbeşiyi, ailənin sevimlisi olan Nicat ürəyində böyük bir dünya daşıyırdı. “Ən çox sevdiyi oyuncaqlar silahlar idi, çünki o, bir gün Vətən torpaqlarının keşiyində dayanacağını sanki uşaq könlü ilə hiss edirdi. O, həm təhsildə, həm də sənətdə özünü sınadı, musiqi məktəbinin məzunu oldu. Amma ən böyük məktəbi Vətən oldu. 2020-ci ilin payızında bu məktəbin qapısı üzünə açıldı. Ölkənin hər bir gənci kimi Nicat da könüllü olaraq döyüşə yollandı" - deyə şəhid anası bildirir. Anasının “getmə, sən evin tək oğlusan” deyə səslənməsinə cavabı isə “Ana, nigaran qalma tez qayıdacağam” olub.

Amma o, əslində qayıdışın başqa cür olacağını sanki hiss etmişdi. Könüllü olaraq cəbhəyə yollananda verdiyi telefonun yaddaşında gizlədiyi sətirlər də bunu deyirdi: “məndən xəbər olmasa bu şəkillə məni axtararsız” ismarıcı ilə sanki Nicat özü də anlayırdı ki, qayıdışı Şəhidlər xiyabanının müqəddəs sükutunda olacaq.

Onun döyüş yolu Füzuli istiqamətindən başlayıb. Göstərdiyi igidliklə seçilib, əsgər yoldaşlarına ruh, düşmənə isə qorxu verib. Oktyabrın 6-da Nicat şəhidlik zirvəsinə ucalıb O, qələbəni görməsə də, qələbənin yolunu açanlardan biri olub. Qanıyla, canıyla bizlərə azadlıq, Zəfər, qürur bəxş edib.

Bu gün Şirvan Şəhidlər xiyabanında uyuyan Nicatın adı sadəcə bir məzarda deyil, bütün şəhidlərimizin adı kimi millətin qəlbində yaşayır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunduğu orden və medallar onun qəhrəmanlığının dövlət səviyyəsində təsdiqidir. Amma ən böyük mükafat Nicat üçün Vətənin azad torpaqları, millətin alnına yazılan qalib xalq adıdır.

Şəhid anası Zümrüd Hüseynova deyir ki, övlad itkisi ağır olsa da onların uca məqamı bizim təsəllimizdir.

“Nicat özü qələbəni görməsə də amma bizlərə qələbə yaşatdı. Bəli, övlad itkisi ağrıdı, amma o ağrının içində qürur, o qürurun içində ölməzlik var. Nicatın ömrü qısa oldu, amma dastanı əbədidir. Onun adı gələcək nəsillərə vətənpərvərlik dərsi, qəhrəmanlıq örnəyi kimi çatacaq. Çünki şəhidlər ölmür, Vətən yaşadıqca onların nəfəsi torpağın üstündə, ruhu isə xalqın qəlbində yaşayır” - deyə şəhid anası bildirib.

Qeyd edək ki, Nicat Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri