Icma.az
close
up
RU
Şəhid anasının “diqqətdən kənarda qaldığı” haqda iddialara rəsmi qurumlardan REAKSİYA

Şəhid anasının “diqqətdən kənarda qaldığı” haqda iddialara rəsmi qurumlardan REAKSİYA

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Masazır qəsəbəsi, Məzunlar binasının sakiniSalahov Vüqar Rafael oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid Salahov Nicat Fikrət oğlunun dayısı olduğunu bildirən şikayətçi iddia edir ki, bacısı Aygün Salahovayadövlət qurumları tərəfindən heç bir yardım olunmur:

“Mən şəhid Salahov Nicat Fikrət oğlunun dayısıyam. Bacım Aygün fiziki qüsürlüdur. Onun 1 oğlu var idi. Nicatın ölümündən sonra bacıma heç bir qurum gəlib yardım etmir. Evi təmirsizdir. Hər bir şəhid ailəsinə ev verilməlidir, amma bacıma verilmir. “YAŞAT” Fondu tərəfindən heç bir köməklik olunmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə şəhid anasını “süründürür”.

Hazırda bacım xəstəxanada müalicə alır. Ona maddi dəstək lazımdır. Müalicə xərclərini aldığı vəsaitlə qarşılaya bilmirik.

Sizə birinci müraciətimdən sonra şəhid anasını İcra Hakimiyyəti tərəfindən ziyarət ediblər. Amma hazırda bacıma maddi dəstək lazımdır. Bir daha qeyd edim ki, dövlətin kəsdiyi pul onun müalicə xərclərini, iynə-dərmanını görmür”.

Məsələ ilə bağlı Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondunun mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, şəhid anası Aygün Salahovanın mövcud durumu ilə bağlı onlara heç bir müraciət daxil olmayıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən isə bildirdilər ki, şəhid anası mənzillə təmin olunib:

“Şəhidimiz, 1 saylı internat məktəbinin məzunu olan Nicat Salahov Abşeron rayonunda yerləşən valideyn himayəsindən məhrum olmuş məzunlar üçün tikilmiş “Məzun evi”ndə bir neçə il öncə mənzillə təmin edilib.

Vətən müharibəsində iştirak edən Nicat şəhidlik zirvəsinə ucaldıqdan sonra ona verilmiş mənzildə yaşamağa davam edən anası, II dərəcə əlilliyi olan Aygün Salahova daima Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanıb, mütəmadi olaraq qayğı ilə əhatə olunub.

Aygün Salahovaya şəhid ailəsi üzvü kimi Prezidentin aylıq təqaüdü (600 manat), II dərəcə əlilliyə görə sosial müavinət (220 manat) təyin edilib. Həmçinin sığorta ödənişi (11000 manat) və “YAŞAT” Fondu tərəfindən maddi yardım (2500 manat) edilib.

Şəhidimizin anası 2021-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanıb. Onun mənzillə təminatı məsələsinə qanunvericiliyə uyğun olaraq növbəliliklə baxılacaq.

Hər kəsə bəllidir ki, Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır”.

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri