Icma.az
close
up
RU
Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib

Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 oktyabr, AZƏRTAC

Vətən müharibəsində şəhid olan qəhrəmanlardan biri də Elsevər Paşayevdir.

AZƏRTAC xəbər verir ki, Elsevər Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşdükdən sonra onun ailəsi Beyləqan rayonunda məskunlaşıb.

Elsevər Paşayev 1994-cü ildən Beyləqanın Milabad qəsəbəsində fəaliyyət göstərən Qovşudlu kənd orta məktəbində təhsil almağa başlayıb. 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alaraq, zabit rütbəsinə yüksəlib.

2010-cu ildə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Bakı şəhərində NATO-nun sülhməramlı taborunda xidmət edən Elsəvər Paşayev bu müddətdə müxtəlif beynəlxalq təlimlərdə iştirak edib. Türkiyə, Bolqarıstan, Çexiya, Almaniya, Böyük Britaniya və Əfqanıstanda keçirilən təlimlərdə iştirak edən zabit müxtəlif fəxri fərman və sertifikatlarla təltif olunub.

2020-ci ildə Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edən Elsevər Paşayev həmin vaxt kapitan rütbəsində olub. Döyüşlərdə göstərdiyi şücaətə görə mayor rütbəsinə yüksəlib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il oktyabrın 20-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dörd gün komada qaldıqdan sonra oktyabrın 25-də şəhid olub. O, II Fəxri xiyabanda dəfn edilib.

Şəhid mayor Elsevər Paşayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin iki qızı var. Elsevər Paşayevin həyat yoldaşı Xəyalə Paşayeva deyib ki, kiçik qızları atasını xatırlamır. Böyük qız isə atasına çox bağlı olub və onun yoxluğuna alışması uzun zaman alıb.

İndi şəhidin yadigarlarının qarşılarına qoyduqları əsas məqsədlərdən biri atalarının arzusu olan həkimlik peşəsinə yiyələnməkdir. Onlar bu məqsədi reallaşdırmaq üçün səylə çalışırlar.

Müxbir - Günel Türksoy

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri