Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Mən böyüyəndə əsgər olacağam Şəhid Mahir Paşayevin gerçəkləşən arzusu

Mən böyüyəndə əsgər olacağam Şəhid Mahir Paşayevin gerçəkləşən arzusu

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəlilabad, 29 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Vətənin bütövlüyü uğrunda canlarını qurban verən, müqəddəs torpaqlarımızı öz qanları ilə qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri də şəhid Mahir Bəxtiyar oğlu Paşayevdir. O, Vətən torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə böyük igidlik nümayiş etdirib, Vətən uğrunda canını fəda etməklə xalqımızın yaddaşına əbədi qəhrəman kimi həkk olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mahir Paşayev 1997-ci il sentyabrın 1-də Cəlilabad rayonunun Əsədli kəndində dünyaya göz açıb.

2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb, Aprel döyüşlərində də iştirak edib.

Azərbaycan Ordusunun kiçik çavuşu Mahir Paşayev, 2020-ci il sentyabrın 27-də başlayan və Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə aparılan Vətən müharibəsində fəal iştirak edib. O, ən ağır döyüşlərdə böyük cəsarət və rəşadət göstərib.

Mahir Paşayev, döyüş meydanında göstərdiyi igidlik nəticəsində silahdaşları arasında da hörmət qazanıb.

Şəhidin atası Bəxtiyar Paşayev oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur hissi keçirdiyini bildirir. Şəhid atası söyləyir ki, Mahir uşaqlıq illərindən hərb sənətinə xüsusi maraq göstərib, hər zaman Vətənə xidmət etməyi arzulayıb. O, tez-tez “böyüyəndə hərbiçi olacağam” deyər, bu arzusu ilə yaşayardı. Mahir sonradan həmin arzusunu gerçəkləşdirərək, Vətən uğrunda canından keçməklə bu müqəddəs yolun ən uca zirvəsinə – şəhidlik məqamına yüksəlib: “Mahir uşaqlıqdan çox fərqli idi… Hər zaman hərb sahəsinə böyük maraq göstərirdi. Hələ balaca vaxtlarından əlinə oyuncaq silah alar, “mən böyüyəndə əsgər olacağam, Vətəni qoruyacağam” - deyərdi. Biz o zaman bunu sadəcə uşaq arzusu kimi qəbul edirdik, amma o, bu sözünü ürəkdən deyirmiş... Mahir böyüdükcə Vətən sevgisi də onunla bərabər böyüyürdü. 2015-ci ildə ordu sıralarına qoşuldu, xidmətini böyük məsuliyyət və fəxarətlə yerinə yetirdi. Aprel döyüşlərində də iştirak etdi, vətənpərvərliyi ilə həm döyüş yoldaşlarının, həm də komandirlərinin rəğbətini qazanmışdı. Vətən müharibəsi başlayanda o, bir an belə tərəddüd etmədən ön cəbhəyə getdi. Xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət edib və snayperçi kimi döyüşlərdə böyük şücaət göstərdi. Döyüş yoldaşlarının dediyinə görə, Mahir hər zaman cəsarəti, mərdliyi və Vətənə olan sonsuz sevgisi ilə seçilib. “Bu torpaqlar bizimdir, biz azad etməliyik” deyərək, son damla qanına qədər vuruşub. Təəssüf ki, 2020-ci il oktyabrın 9-da Hadrut istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid oldu… Bəli, bu, bir ata üçün ən ağır itkidir…”, - deyə şəhid atası bildirir.

Şəhidin anası Mətanət Paşayeva ilə söhbət edirik. Deyir ki, Mahir uşaqlıqdan çox mərd, vicdanlı və qayğıkeş uşaq olub. O, həmişə ailəsinə bağlı, dostlarına sadiq idi: “Mahir hələ kiçik yaşlarından çox məsuliyyətli olub. Evdə hər işdə bizə kömək edərdi, heç vaxt “yoruldum” deməzdi. Uşaqlıqdan hərbi forma geyinməyə, əsgərlərə baxmağa xüsusi maraq göstərirdi. Televizorda hərbi paradlara baxanda deyirdi ki, “ana, bir gün mən də o sırada addımlayacağam”. O, Vətən üçün canından keçəcəyini sanki bilirdi və bundan qorxmurdu. Mahirin qardaşı da müharibədə iştirak edirdi. Hər dəfə zəng edənə birinci qardaşını soruşurdu. Sonra deyirdi ki, “ana, dua et, qələbə bizimlə olsun...”.

Qeyd edək ki, 2020-ci il oktyabrın 9-da Hadrut istiqamətində gedən şiddətli döyüşlər zamanı Mahir Paşayev rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi doğulduğu Cəlilabad rayonunun Əsədli kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Mahir Bəxtiyar oğlu Paşayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət" ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” , “Cəbrayılın azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri