Icma.az
close
up
RU
Şəhid oğlunun iddiaları ilə bağlı Rəsmi açıqlama

Şəhid oğlunun iddiaları ilə bağlı Rəsmi açıqlama

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunmuş Vətən müharibəsi şəhidi Elşən Orucovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı iddialar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə onun övladı Ehtiram Orucovun videomüraciəti paylaşılıb. 

Şəhid övladı deyib ki, atasının məzarının üzlüyü, mərmər hissəsi qopub tökülüb: “Bayraq yerindən çıxıb, tərsinə asılıb. Qəbiristanlıq təmizlənməyib. Məzarın ətrafındakı ot-alağı özümüz təmizləmişik. Həmçinin, bu 6 il ərzində Qazax RİH-dən qapımızı açan olmayıb...”

Bu iddialarla bağlı Qazax Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-dən sorğumuza cavab olaraq bildirildi ki, rayonda bütün şəhid ailələri, o cümlədən Vətən müharibəsi şəhidi Orucov Elşən Ehtiram oğlunun ailəsi daim diqqət mərkəzində saxlanılır, onların müxtəlif məzmunlu müraciətləri dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür: “Şəhid Elşən Orucovun dəfnində RİH başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib, 2021-2025-ci illər və 2026-cı ilin 6 ayı ərzində RİH başçısının bilavasitə iştirakı ilə bayram günləri ərəfəsi və şəhidin ildönümlərində eləcə də, doğum və anım günlərində şəhidin məzarı 20 dəfə, ailəsi isə 5 dəfə ziyarət olunub. 2021-2025-ci illər ərzində şəhidin anası və həyat yoldaşı etdikləri müraciətlərinə əsasən RİH başçısı tərəfindən 5 dəfə qəbul ediliblər. Şəhid Elşən Orucovun ailəsinə Qazax RİH, Heydər Əliyev Fondu, YAŞAT Fondu tərəfindən şəhidin övladlarının təhsil haqqı da nəzərə alınmaqla ümumilikdə 57601 manat maddi yardım göstərilib. Şəhidin həyat yoldaşı Yusubova Tulzala Asif qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində 2 otaqlı mənzillə təmin edilib. Həmçinin o, Abşeron rayonu Xırdalan qəsəbəsində N saylı hərbi hissədə mühasibatçı işləyir. Bundan əlavə, şəhidin anası Dürdanə Orucova Qazax RİH tərəfindən “DOST İş Mərkəzi” MMC-də aylıq əmək haqqı 345 manat olan işlə təmin olunub”.

Eyni zamanda cavabda bildirilib ki, rayonda şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xiyaban salınıb: “Qeyd edirik ki, şəhid Elşən Orucovun övladı Ehtiram Orucovun sosial şəbəkələrdə etdiyi videomüraciət öyrədilmiş və qərəzlidir. RİH-nin başçısı şəxsən şəhidin doğum və anım günlərində iştirak edib, şəhidin doğum günündə onun övladları ilə birlikdə olub. Şəhidin övladı Ehtiram Orucovun öyrədilərək qərəzli şəkildə sosial şəbəkələrdə etdiyi videomüraciət RİH tərəfindən araşdırılıb və müəyyən edilib ki, səbəb şəhidin həyat yoldaşı Tulzala Yusubova tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin balansında olan, Qazax şəhəri S.Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində qanunsuz olaraq 11 sot torpaq sahəsini zəbt edərək apardığı tikinti işlərinin RİH və Qazax Rayon Polis Şöbəsi tərəfindən dayandırılmasıdır.

Bundan əlavə şəhidin anası Dürdanə Orucova tərəfindən Qazax şəhəri S.Vurğun küçəsinə şəhidin plakatının vurulması və bulaq tikintisi üçün müraciət edilib, lakin RİH tərəfindən icazə verilməyib. Məlumat üçün bildiririk ki, sözügedən məsələ ilə bağlı son aylarda şəhidin ailəsi dəfələrlə dəvət olunub, lakin onlar qəbulda iştirak etməkdən imtina edib, RİH qarşısında tələb qoyaraq S.Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində qanunsuz olaraq zəbt etdikləri 11 sot torpaq sahəsinə sənəd veriləcəyi təqdirdə görüşdə iştirak edə biləcəklərini qeyd ediblər.

Bununla yanaşı bildiririk ki, şəhid övladı Ehtiram Orucovun etdiyi videomüraciətdə heç bir mərmər qopuntusundan söhbət gedə bilməz, qaldırılan məsələ şər və böhtandır”.

Xatırladaq ki, Elşən Orucov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi orduda xidmət edib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

E. Orucovun özü də şəhid övladı idi. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub.

Gülnar Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 İyul 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri