Şəhid atası özünə xəsarət yetirdi Rəsmi açıqlama
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Axar.az-a şəhid atasının qohumu, jurnalist Razi Abasbəyli bildirib.
Onun sözlərinə görə, insident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib.
Fuad Abbasov hazırda xəstəxanadadır.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 1969-cu il təvəllüdlü şəxs 20 fevral 2025-ci il tarixində saat 11:50 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb:
“Ona qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir. Həkimlərin verdiyi məlumata əsasən, Fuad Abasovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















