Icma.az
close
up
RU
Şəhid övladları tərəfindən bir ilk: Möcüzələr diyarına... adlı tamaşanı onlar təqdim etdilər

Şəhid övladları tərəfindən bir ilk: Möcüzələr diyarına... adlı tamaşanı onlar təqdim etdilər

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəhid övladları tərəfindən bir ilk: "Möcüzələr diyarına..." adlı tamaşanı onlar təqdim etdilər

“Ölkə.az” xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, “Yonca” Estetik İnkişaf Mərkəzinin və “Zəfər sədası” xor qrupunun təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Möcüzələr diyarına...” adlı tamaşanın primyerası baş tutub. Primyera əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tamaşadan öncə Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər əsasında hazırlanmış videoçarx  nümayiş etdirilib.

“Yonca” Estetik İnkişaf  Mərkəzinin təsisçisi Lalə Zahir tamaşanın mahiyyətindən bəhs edib.  Vurğulayıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə sahib çıxılmasında bizə düşən pay şəhidlərimizin övladlarının vaxtlarının səmərəli keçirilməsi, istedadlarının üzə çıxarılması və milli ruhda yetişdirilməsi hər birimizin borcudur.

"Zəfər sədası" layihəsinin rəhbəri Həcər Əkbərova tamaşanın təşkilinə dəstək göstərən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayevə təşəkkürünü bildirib.

Mərasimdə Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək Vətənimiz, torpaqlarımız uğrunda canından keçən igidlərimizin qəhrəmanlığından söz açıb. Millət vəkili qeyd edib ki, bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərən Şəhidlərimizin uşaqları unudulmur: “Şəhid və qazi ailələri, onların övladları dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Şəhid yadigarları Vətənə əmanətdirlər.”

Çıxışının sonunda Vüqar İskəndərov tədbirin təşkilatçılarına, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra "Möcüzələr diyarına..." adlı tamaşa nümayiş olunub. “Zəfər sədası” xor qrupundan ibarət Şəhid övladları ilk dəfə olaraq səhnədə aktyor kimi çıxış ediblər.

5-14 yaşlı uşaqların səhnələşdirdikləri rollar müxtəlif nağıl qəhrəmanlarını canlandırıblar. Tamaşa iki uşağın - Cəsur və Ziynətin nənəsi ilə söhbətlə başlayıb. Tamaşadakı baş qəhrəmanlar  bir neçə zamana səyahət edərək maraqlı personajlarla tanış olublar.  Müxtəlif  nağıl qəhrəmanları  möcüzələr diyarına düşən uşaqlar canlandırdıqları nağıl obrazları ilə birgə maraqlı oyunların içində iştirak ediblər.

Tamaşadan sonra “Zəfər Sədası” xor qrupu tərəfindən şanlı Ordumuzun Zəfər tarixindən və milli mənəvi dəyərlərimizdən bəhs edən şeirlər, musiqilər səsləndirilib.

Sonda tədbirdə  iştirak edən 500 dən  çox  uşağa ATİAHİ tərəfindən hədiyyələr təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Yanvar 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri