Şəhid polisin anası: İşə gedəndə hər dəfə arxasınca su atardım, amma həmin gün su da atmadım
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Şəhadətə ucalmaq polis Asim Camalzadənin ən böyük arzusu olub.
O, lokal antiterror əməliyyatlarında Xocavənd rayonunda mina partlaması zamanı şəhid olub.
Asim Camalzadə 2016-cı ildən etibarən Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmət etməyə başlayıb. Cəsurluğu, mərdliyi ilə xidmət sahəsində hər zaman fərqlənib.
Şəhid polisin anası Xədicə Camalova övladının şəhadətə ucaldığı günü göz yaşları ilə xatırlayıb:
"Oğlum sentyabrın 23-də keçirilən antiterror əməliyyatı zamanı səkkiz iş yoldaşı ilə birlikdə şəhid oldu. İşə gedəndə hər dəfə arxasınca su atardım. Amma həmin gün görüşmədik, su da atmadım. Zəng edib deyirdi ki, mən polisəm, mənə heç nə olmaz. O qədər tərbiyəli, o qədər ağıllı idi ki... Axırıncı şəklini qızımın evində çəkdirmişdi. Dedi ki, bir də qocalanda çəkdirərəm".
Ətraflı Baku TV-nin süjetində:
Şəhid polisin anası: "İşə gedəndə hər dəfə arxasınca su atardım, amma həmin gün su da atmadım"
Baxış sayı:108
Bu xəbər 02 İyul 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















