Icma.az
close
up
RU
Şəhid Sərxan Köklərovun qızı: Atamla qürur duyuram, ona şeirlər də yazmışam

Şəhid Sərxan Köklərovun qızı: Atamla qürur duyuram, ona şeirlər də yazmışam

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Balakən, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər. Onların əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur və heç vaxt yaddaşlardan silinməyəcək. Belə qəhrəman Vətən oğullarından biri də 2023-cü il sentyabrın 19-da başlanan antiterror tədbirlərində Ağdərədə gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Balakən rayonundan olan Sərxan Köklərovdur.

AZƏRTAC-ın bölgə müxbiri antiterror tədbirlərinin ildönümü ərəfəsində şəhidin doğulduğu kənddə olub, ailə üzvləri ilə söhbət edib, onun xatirəsinə yaradılmış muzeylə tanış olub.

Sərxan Köklərov 1987-ci il iyunun 9-da Balakən rayonunun Tülü kəndində anadan olub. Evli idi, 3 övladı yadigar qalıb.

Sərxan 2005-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-ci ildə hərbi xidməti tamamladıqdan sonra ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - MAHHXHQ kimi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin tibb məntəqəsində sanitar sürücü vəzifəsində xidmət edən əsgər Sərxan Köklərov 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qəsəbənin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Sərxan daha sonra 2023-cü il sentyabrın 19-da başlanan və cəmi 24 saat davam edən antiterror tədbirlərində iştirak edib, Ağdərədə gedən döyüşlər zamanı ağır yaralanıb, bir neçə gün sonra şəhadətə qovuşub. O, Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin 2023-cü il 7 oktyabr tarixli Sərəncamına əsasən Sərxan Köklərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin qardaşı Absaləddin Köklərov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində antiterror əməliyyatı zamanı qardaşı ilə eyni gündə şəhid olan qəhrəman oğulların hamısını özünə qardaş hesab etdiyini vurğulayıb: “Qardaşım 16 il 4 ay hərbidə xidmət edib. Qüsursuz xidmətlərinə görə bir çox təltifləri olub, medallar alıb. Torpaqlarımzın işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərib, düşmən gülləsinə, mərmisinə tuş gəlməkdən qorxmayaraq öz sanitar maşını ilə onlarla yaralını döyüş bölgəsindən çıxarıb. Qardaşım şəhid olandan sonra qərara gəldim ki, onun xatirəsinə muzey yaradım. İstəyirəm ki, şəhidlər heç zaman unudulmasın, qoy onları hamı tanısın. Həyətimizdə, evimizin yanında belə bir muzey yaratdım. Bu muzey qardaşıma, həmçinin onunla eyni gündə şəhid olan qəhrəmanlarımıza aiddir və burada antiterror əməliyyatı zamanı şəhid olan igid oğullarımızın hamısının şəkli var. Eyni zamanda, 44 günlük Vətən mühribəsində şəhid olan balakənlilər üçün də muzeydə ayrıca guşə yaratmışam”.

Qeyd edək ki, məktəblilər, gənclər vaxtaşırı olaraq muzeyi ziyarət edir, şəhidlərin həyat yolu, qəhrəmanlığı ilə tanış olurlar. Muzeydə vətənpərvərlik mövzusunda tədbirlər də keçirilir.

Şəhidin anası Xalisə Köklərova övladı haqqında xatirələrini bölüşərək deyib: “Mənim dörd oğlum var. Sərxan övladlarımın ən kiçiyi, sonbeşiyim idi. Əsgəri xidməti başa vurduqdan sonra mənə dedi ki, icazə ver, gedib hərbidə işləyim. Əvvəl razı olmadım. Çox israr etdikdən sonra razılıq verdim. 16 il idi ki, hərbidə idi. Ailəsinə çox bağlı idi, uşaqlarını çox istəyirdi. Qardaşları ilə də yaxşı yola gedirdi. Bir oğlu, iki qızı var. Axır vaxtlar elə bil ürəyinə nəsə dammışdı. Qardaşı Absaləddinə zəng edib demişdi ki, balalarımı sənə əmanət edirəm, oğlum Yusifə yaxşı baxarsan. Antiterror əməliyyatı vaxtı, sentyabrın 19-da gəlin gəlib dedi ki, ay ana, deyəsən yenə müharibə başlayıb. Dedim ola bilməz. Tez hamımız televizorun qarşısına keçib “Xəbərlər” proqramına baxdıq. Bir azdan Sərxanın öz telefonundan bizə zəng gəldi. Sevinib tez telefonu açdıq, səs onun deyildi. Dedilər ki, Sərxan yaralanıb. Tanrıya dua edirdik ki, Sərxan tez sağalsın. Sentyabrın 24-də şəhid olması barədə xəbər aldıq. Qardaşından soruşublar ki, harada dəfn edək. Deyib ki, şəhidin yeri Şəhidlər xiyabanıdır”.

Şəhidin həyat yoldaşı Günel Köklərova Sərxan haqqında danışarkən kövrəlir: “Üç nəfər yadigar qoyub getdi. Sentyabrın 19-da mənə zəng edib dedi ki, uşaqları sənə tapşırıram, onlar sənə əmanətdi. Qalan şeyləri də əmisinə tapşırmışam. Balaca Yusifimə də yaxşı baxarsan. Tapşırdı ki, özü zəng etməsə, ona zəng etməyək. Son kəlməsi bu oldu”.

Sərxanın çox ailəcanlı olduğunu qeyd edən Günel deyib: “Tez-tez zəng edərdi, uşaqları ilə maraqlanardı. Həftənin sonları gələrdi, uşaqları aparardı, gəzdirərdi. Son vaxtlar onları tez-tez Şəhidlər xiyabanına ziyarətə aparırdı. Uşaqlara deyirdi ki, burada yatanlar da bizim qardaşlarımızdır, Vətən uğrunda şəhid olublar. Qızlar başa düşürlər, deyirlər atam bizə göylərdən baxır. Biz yaxşı oxumalıyıq ki, atamızın ruhu şad olsun”.

Şəhidin böyük qızı Aysu bu il 4-cü sinfə gedir. Atası ilə qürur duyduğunu bildirən şəhid qızı deyib: “Atam bizi çox istəyirdi. Hər gün anama, nənəmə zəng edib soruşurdu ki, mənim balalarım, oğlum, qızlarım necədir? Yaxşıdırlarmı, onlara yaxşı baxın. Mən atamla fəxr eləyirəm. O, bizi göylərdən izləyir. Ona şeilər də yazmışam:

Toxunmayın qəlbimə mənim,

Ağlayın siz də dərdimə mənim,

Şəhid olub axı atam mənim,

Mən şəhid qızıyam!

Ata, gəlmişəm məzarının başına,

Nə olar, qıyma qızının göz yaşına,

Nələr gəldi səndən sonra başıma,

Dur gedək, ay ata, qurbanın olum!

Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see240

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see152

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see133

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri