Icma.az
close
up
RU
Şəhid və qazi xanımları üçün növbəti psixoloji dəstək təlimi keçirilib FOTOLAR

Şəhid və qazi xanımları üçün növbəti psixoloji dəstək təlimi keçirilib FOTOLAR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qazi və şəhid xanımlarına psixoloji dəstək” layihəsinin icrasını uğurla davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində 2025-ci il iyunun 14-də şəhid və qazi xanımlarının iştirakı ilə “Xarakterin analizi və fərdi xüsusiyyətlərin tanınması” mövzusunda növbəti psixoloji maarifləndirmə və dəstək təlimi keçirilib. Tədbirin açılışında çıxış edən “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova layihənin əsas məqsədinin şəhid və qazi ailələrinin psixoloji rifahının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi və emosional yüklənmələrin azaldılması olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən əməkdar müəllim, təhsil eksperti Zülfiyyə Vəliyeva şəhid və qazi ailələrinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bu kateqoriyadan olan xanımlara göstərilən psixoloji dəstəyin sosial təsirini yüksək qiymətləndirib. Təlim psixoloq və təlimçi Fəridə Əliyeva tərəfindən aparılıb. Tədbirdə 19 şəhid və qazi xanımı iştirak edib. Təlimdə iştirakçılarla xarakterin fərqli növləri, bu xüsusiyyətlərin gündəlik həyatda və münasibətlərdəki rolu, eyni zamanda özünüdərk və emosional idarəetmə bacarıqları mövzusunda interaktiv müzakirələr aparılıb.

İştirakçılara praktik psixoloji alətlər təqdim olunub, suallar cavablandırılıb və onların özlərini daha yaxşı tanımalarına yönəlik fəaliyyətlər həyata keçirilib. Layihə çərçivəsində növbəti mərhələlərdə də bu istiqamətdə psixoloji dəstək və maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri