Icma.az
close
up
RU
Şəhidin həyat yoldaşı: Bəlkə də ilk bəy idi ki, öz toyuna hərbi formada gəlmişdi

Şəhidin həyat yoldaşı: Bəlkə də ilk bəy idi ki, öz toyuna hərbi formada gəlmişdi

Icma.az bildirir, Azertag portalına istinadən.

Qax, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qırx dörd gün davam edən və şanlı Zəfərlə başa çatan Vətən müharibəsində Qax rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Qax şəhərindən olan polkovnik-leytenant Sadiq Məmmədovdur.

AZƏRTAC-ın bölgə müxbiri şəhid polkovnik-leytenantın ailəsində olub, onun ailə üzvləri ilə görüşüb.

Sadiq Məmmədov 1981-ci il iyunun 23-də Qax şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ailəli idi, üç övladı yadigar qalıb.

Şəhidin xanımı Pərvanə Məmmədova həyat yoldaşı haqqında xatirələrini bölüşərək deyib: “Sadiq Məmmədov haqqında ürək dolusu danışmaq olar. Hər gün danışsam da söhbətim bitməz. Sadiq, ilk növbədə, qayğıkeş ata, yaxşı həyat yoldaşı idi. Həyat yoldaşı seçəndə insan gərək özünə həqiqi dost, ömür-gün yoldaşı seçsin. Heç kəslə işi olmazdı. 23 il idi hərbidəydi. İşini çox sevirdi. Nə qədər yorğun olsa da, evə gələndə öz yorğunluğunu göstərmirdi. Çalışırdı ki, uşaqlarla, ailəsi ilə daha çox vaxt keçirsin. Onların dərsləri ilə maraqlanırdı”.

“Hərbi formanı geyinməyi çox sevirdi. Toy günü bizə sürpriz də etmişdi. Mənim heç nədən xəbərim yox idi. Sadiq məni ata evimdən aparmağa hərbi formada gəlmişdi. Hərbi forma ona çox yaraşırdı. Bəlkə də ilk bəy idi ki, öz toyuna hərbi formada gəlmişdi. Toyumuzun masabəyisi də dedi ki, birinci dəfədir mən belə toy aparıram. Toyumuz çox gözəl və maraqlı keçdi”, - deyə Pərvanə xanım Sadiqlə bağlı xatirələrini bölüşür.

Pərvanə xanım həyat yoldaşının çox vətənpərvər olduğunu, Vətən yolunda şəhid olmaqdan heç zaman qorxmadığını vurğulayaraq deyib: “Biz onunla 14 il bir yerdə yaşamışıq. Elə bil məni hər şeyə hazırlamışdı. “Sən elə bir insanla ailə qurmusan ki, hər şey baş verə bilər, şəhid də ola bilərəm. Vətən uğrunda müharibəyə gediriksə hər şeylə qarşılaşa bilərik. Qazi də, şəhid də ola bilərəm”,- deyirdi. Sadiqlə birlikdə döyüşən hərbçilər mənə yazırlar ki, hər dəfə qoruyucu jiletini geyinəndə deyirmiş ki, “əsgər, gəl bağla, bəlkə də axırıncı jileti sən bağlayırsan, şəhid ola bilərəm”. Elə şəhid də oldu. O xəbəri eşitmək mənim üçün çox çətin idi”.

Pərvanə xanım üç övladını - bir qız, iki oğlunu Sadiqin arzuladığı kimi vətənpərvər ruhda böyüdür. Deyir ki, dərslərində də yaxşıdırlar: “Qızımız Səbinə bu il tələbə oldu. Azərbaycan Dillər Universitetində təhsil alır. Oğlum Sənan 11-ci sinifdədir. O da dərslərinə yaxşı hazırlaşır. Balaca Kənan isə 6-cı sinifdə oxuyur. Səbinə və Sənan 2023-2024-cü illərdə buraxılış imtahanlarındakı yüksək nəticələrinə görə, “YAŞAT” Fondunun Almaniya və Böyük Britaniyada təşkil etdiyi yay məktəblərində də iştirak ediblər”.

Şəhidin anası Səadət Məmmədova oğlu barədə danışarkən göz yaşlarını saxlaya bilmir. O deyir: “Sadiq mənim ilk baharım, arxam, dayağım, nəfəsim idi. Onun haqqında danışmaq mənə çox çətindir. Üç oğlum var idi. Sadiq qardaşlarından seçilirdi. Çox ağıllı idi, heç vaxt qəlbimə dəyməzdi. Mən bütün dərdlərimi, fikirlərimi onunla bölüşürdüm. Sadiq uşaqlıqdan hərbiyə maraq göstərirdi. Sevinirəm ki, oğlum müharibədə yaxşı vuruşub, qəhrəmanlıq göstərib. Fəxr edirəm ki, şəhid anasıyam”.

Sadiqin oğlu Sənan bildirir ki, atası onun idmanla məşğul olmasını istəyirdi. İndi o, həm idmanla məşğul olur, həm də dərslərini yaxşı oxuyur.

Şəhid Sadiq Məmmədov Qax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri