Icma.az
close
up
RU
Ümidim var idi ki, sağ salamat qayıdacaq... Nəşi tapılan şəhidin həyat yoldaşı

Ümidim var idi ki, sağ salamat qayıdacaq... Nəşi tapılan şəhidin həyat yoldaşı

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Üç il idi ailə qurmuşduq. İki qız övladımız vardı. İndiki kimi gözümün qarşısındadır, 1994-cü il yanvarın 28-də onu Xaçmazdan cəbhəyə yola saldıq. Kəlbəcərdə, Murovdağ istiqamətində döyüşlərə qoşulduğunu bilirdik. Könüllü getmişdi. Gedən gündən sonra xəbər ala bilmədik. 31 ildir yolunu gözləyirdik. Az da olsa həmişə ümidim vardı ki, sağ-salamat qayıdacaq... Amma nəşinin tapılmasına da şükür edirəm. Nəhayət, ziyarət edəcəyimiz bir məzarı olacaq.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Birinci Qarabağ müharibəsində itkin düşümüş xaçmazlı döyüşçü Məzahir Kərimovun həyat yoldaşı Nəzakət Kərimova söyləyib.

Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.

Şəhidin qızı Zülfiyyə Süleymanova bildirir ki, atası cəbhəyə yollananda bacısı 3 yaşında, özü isə yaş yarımlıq olub. "Atamgil özləri ailədə 3 bacı, 3 qardaş olublar. Ortancıl qardaş idi. Nənəm ötən ilin dekabrında dünyasını dəyişdi. Son günündək oğlunun yolunu gözlədi. Biz qəhrəman atamızla fəxr edirik. Onun adını qəlbimizdə yaşadırıq. İki yaşlı kiçik oğluma babasının adını vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin qızı söyləyib.

Şəhid Məzahir Kərimovun nəşini n qalıqları iyulun 18-də doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Usta Cəlilli kəndində torpağa tapşırılacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 İyul 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri