Icma.az
close
up
RU
“Şəhidin məzarına toxunan əslində öz vicdanını dəfn edir”

“Şəhidin məzarına toxunan əslində öz vicdanını dəfn edir”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, 3 nəfər əcnəbi barəsində Şəhidlər Xiyabanında etdikləri nalayiq hərəkətlərə görə Səbail Rayon Məhkəməsinin müvafiq qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sözügedən hadisə ilə bağlı “Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyəti”nin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri, Beynəlxalq hüquq müdafiəçisi David Seliverstov “Qafqazinfo”ya danışıb:

“Hörmətli həmvətənlər,

Azərbaycan xalqının vicdanına ağır toxunan hadisə — şəhidlərimizin uyuduğu müqəddəs məkanlarda baş verən hörmətsizlik təkcə qanunlara qarşı deyil, həm də xalqımızın mənəviyyatına qarşı yönəlmiş ağır bir cinayətdir.

Bu, sadəcə bir qəbir daşına toxunmaq deyil, millətin yaddaşına, ruhuna zərbə vurmaqdır.

D. Seliverstov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insan ləyaqətini, milli dəyərləri və müqəddəs məkanların toxunulmazlığını qətiyyətlə qoruyur. Bu əməllər ictimai asayişin pozulması ilə yanaşı, Cinayət Məcəlləsinin sərt şəkildə cəzalandırdığı bir cinayət aktıdır:

“Daxili İşlər Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları çevik reaksiyaları ilə sübut etdilər ki, dövlətimiz belə əməllərə göz yummur və yummayacaqdır. Burada xüsusilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şəxsən təşəkkürümü bildirirəm. Onun verdiyi qətiyyətli əmrin ruhunu belə təsəvvür edirəm:

“Əmr qəti və təxirəsalınmazdır! O alçaqlar dərhal saxlanılsın və mənə məruzə edilsin!”

O bidlirb ki, bu səs, əslində, qanunun, dövlətin və ədalətin səsi idi:

“Mənim şəxsi qənaətim odur ki, belə bir iyrənc hərəkəti edən şəxslər böyük ehtimalla narkotik vasitələrin təsiri altında olmuşlar.

Bu, mənim subyektiv fikrimdir, lakin hadisənin təbiəti, davranışların mənasızlığı və insanlıqdan uzaqlığı belə bir ehtimalı gücləndirir.

Daimi narkotik asılılığı insanı mənəvi boşluğa, hüquqa və mənəviyyata qarşı düşmən bir hala gətirir”.

“Hadisənin ən ağrılı tərəfi odur ki, bu hörmətsizliyi edənlərin hamısı İslam ölkələrindən gələn şəxslərdir. Onlar çox yaxşı bilirlər ki, İslam dini şəhidliyi uca bir zirvə, müqəddəs bir məqam kimi qəbul edir. “Qurani-Kərim”də açıq buyurulur:

“Allah yolunda öldürülənləri ölü zənn etmə! Onlar diridirlər, Rəbbinin yanında ruzi görürlər”. (Ali-İmran, 169)

Hüquq müdafiəçisi qeyd edib ki, bu ilahi kəlamdan sonra heç bir müsəlman öz vicdanına sığışdırıb şəhid məzarına əl uzada bilməz. Bu hərəkət sadəcə qanunu və mənəviyyatı tapdalamaq deyil, həm də İslamın öz mahiyyətinə, onun fəlsəfi dərinliyinə kölgə salmaqdır:

“Müsəlman ölkəsindən gələn, dinin əsaslarını bilən bir şəxsin şəhid müqəddəsliyinə qarşı belə bir vicdansızlıq etməsi ikiqat cinayətdir.

“Şəhidin məzarına toxunan əslində öz vicdanını dəfn edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Avqust 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri