Şəhidlər başımızın tacıdır… FOTO
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
44 günlük haqq savaşmızda son damla qanına qədər döyüşüb adını qəhrəmanlıq tariximizə yazan qeyrətli Vətən övladlarından biri də şəhid Şahmar Nazim oğlu Səfərovdur. Şərəfli ölümü ilə milyonların ürəyində özünə yer edən Şahmar Səfərovun mövlud günü münasibətilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri Hərbi Memorial Məzarlıqda şəhidin uyuduğu müqəddəs yeri ziyarət edib, ehtiram əlaməti olaraq üzərinə tər güllər düzüblər.
Şəhidin ad günündə qəhrəman Vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daim borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Şahmar Səfərovun da xatirəsinin əziz tutulduğunu vurğulayıb. Həmçinin yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu deyib.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı:153
Bu xəbər 08 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















