Şəhidlər xiyabanında dəfn olunan beş yaşlı naməlum uşağın qalıqları ekshumasiya edildi
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyiti qalıqları ekshumasiya edilib.
Bunu "Report"a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, I Şəhidlər xiyabanında "Xocalıdan 5 yaşlı qız" adı ilə dəfn edilmiş şəxsə aid məzar da Dövlət Komissiyası və Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər çərçivəsində cari ilin may ayında ekshumasiya edilib:
"Məzarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə zəruri araşdırma işləri aparılır. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan ictimaiyyətinə, o cümlədən kütləvi informasiya vasitələrinə məlumat veriləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Avqust 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















