Şəhidlər Xiyabanında video çəkənlər bu ölkənin vətəndaşları imiş
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Avqustun 17-də üç əcnəbi Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Hurriyyet.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, saxlanılan şəxslərin Səudiyyə Ərəbistanının vətəndaşları olduğu bildirilir.
Artıq müvafiq ölkənin səfirliyinin öz vətəndaşları ilə maraqlandıqları qeyd olunur.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, Qəbir və ya meyit üzərində təhqiredici hərəkətə görə məsuliyyət cəlb edilən şəxslə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















