Icma.az
close
up
RU
Şəhidlərdən qalan əmanət Ailəsi Turqut Xəlilbəylinin qoxusunu onlardan alır FOTOLAR

Şəhidlərdən qalan əmanət Ailəsi Turqut Xəlilbəylinin qoxusunu onlardan alır FOTOLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. 


Ali məktəbi bitirdikdən sonra Beyləqan korpusunun hərbi hissələrinin birində tibb qulluqçusu kimi xidmətə başlayıb və bir müddət şöbə müdiri işləyib. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. 


Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə ön cəbhəyə gedərək yaralanan hərbçilərə yerindəcə yardım edib. 7 oktyabr tarixində gedən döyüşlərdə əsgərləri döyüş meydanından çıxararkən düşmənin atdığı ağır artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb. Turqut Xəlilbəyli yaralı olduğu halda öz sürücüsünə ilkin yardım edib, həm də döyüş meydanından çıxardığı yaralı hərbçinin üzərinə atılaraq onu qəlbələrdən qoruyub. Nəticədə özü qəhrəmancasına şəhid olub. 
Turqut Xəlilbəyli vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" ordenlərilə təltif edilib.


Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə ona "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları verilib. Turqut Xəlilbəyli İkinci Fəxri xiyabanda dəfn edilib.
Modern.az-ın “Şəhidlərdən qalan əmanət” rubrikası bu dəfə İkinci Qarabağ müharibəsi zamanı şəhid olan ilk həkim – leytenant Turuqut Xəlilbəyliyə həsr olunub. 



Turqut Xəlilbəylinin atası Nadir Xəlilbəyli qeyd edir ki, onu sonuncu dəfə ölümündən üç gün əvvəl - 4 oktyabrda görüb.
“Turqutun özünə ideal seçdiyi ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yaxın qohumumuz Çingiz Məmmədov, mən və "Diaqnoz" tibb mərkəzinin heyəti ilə birlikdə əsgərlərimizə yardım aparırdıq. Turqutu sonuncu dəfə onda gördüm. Orada bizə dedi ki, məndən nigaran olmayın, yaralı əsgər və zabitlərimizin ölməyinə imkan verməyəcəm, gözünüz arxada qalmasın, inşallah, Qarabağ işğaldan azad ediləndən sonra görüşərik”. 


Turqut Xəlilbəylinin qardaşı Xəlil Xəlilbəyli onunla bağlı xatirələrini bizimlə bölüşüb. Qardaşı qeyd edib ki, Turqutla bağlı arzuları, istəkləri çox idi:
"Biz bir-birimizi ara-sıra görürdük, o, universiteti bitirən kimi Beyləqana getdi, telefonla danışmaq imkanımız çox olsa da, görüşüb birlikdə vaxt keçirmək, dərdləşmək fürsətimiz çox az olub. Ondan sonra qalan hər şey bizim üçün əzizdir, hər şey onu xatırladır, amma qoluna davamlı olaraq taxdığı saatlar, sona qədər üzərində olan və onunla danışmağımıza kömək olan telefonu, bir də üstündən çıxan pulqabı və hərbi bileti xüsusi ilə saxlayırıq. Turqut şəhid olandan sonra aldığı medallar da bizim üçün əzizdir. Onun nə qədər qəhrəman olduğunu, ölümün üstünə getdiyini, Qarabağı nə qədər çox sevdiyini hər o medallara baxanda hiss edirik”.


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri