Icma.az
close
up
RU
Şəhidlərin Dəfn Komissiyasının üzvü: Sonra kimsə o başı götürüb gətirdi…”

Şəhidlərin Dəfn Komissiyasının üzvü: Sonra kimsə o başı götürüb gətirdi…”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

20 Yanvar faciəsindən 35 il keçməsinə baxmayaraq, bu tarix unudulmur. 

Ona görə ki, Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 
20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biri də o idi ki, xalq öz canından keçməyə razı olsa da, silahlı rus ordusu onun iradəsini qıra bilmədi. Əliyalın insanları qətlə yetirib, şəhəri mühasirəyə alıb, fövqəladə vəziyyət elan edilsə də, xalq öz övladlarını tək qoymadı, insanların hər zaman ziyarət edəcəyi məkan, and yerimiz Şəhidlər xiyabanı yarandı. 

Xalqa qarşı törədilən soyqırımın şahidi olan milyonlarla insan həmin gün əlindən gələn köməyi etməyə çalışdı. Bu faciənin şahidi olan, həmin vaxt çətinliklə də olsa öz dəstəyini əsirgəməyən insanlar bu gün də həmin hadisələri həm kədərlə, həm də qürurla xatırlayırlar. 

Bu gün həmin gecə baş verənlərin şahidi, qətlə yetirilən vətəndaşlarımızın dəfnində böyük fədakarlıqla əməyi olan insanlardan biri, hərəkat iştirakçısı, o zamanlar mebel istehsalı ilə məşğul olan "Laçın" kiçik müəssisəsinin sahibi olmuş Şakir Ağayev xatirələrini "Cebheinfo.az" ilə bölüşüb: 

"O günlər Xırdalandan tutmuş düz şəhərə, Mərkəzi Komitənin binasına qədər postlar qurulmuşdu. Həmin vaxtlar atam Laçından gəlmişdi və o faciəli gecə biz onunla birlikdə idik. Kolbasa və 100 ədəd çörək alıb maşınla yol boyu postlarda dayanan insanlara payladıq. Sonra şəhərə çatanda atam maşından düşüb Mərkəzi Komitəni daşlamağa başladı. Dedi ki, bilsəydi rus ordusu gəlib Azərbaycan xalqını qıracaq, 1941-45-ci illərdə almanlara güllə atmazdı. Mən atamı evə apardım.

Artıq mən Əhmədlidə, Ukrayna dairəsində olanda 12.00 radələrində atışma başladı. Səhər tezdən gəlib Salyan kazarmanın qarşısında “KamAZ”ların altından meyitləri bir-bir təcili yardım maşınlarına qoyub xəstəxanaya göndərdik. O meyitlərin yığılmasında iştirak etmişəm. Dünyanın heç bir yerində belə vəhşilk olmamışdı. 

Onlar tank, BMP, top və hansı müasir varsa, ondan istifadə etmişdilər. Salyan kazarmanın qarşısında “KamAZ” bir meyitin üstüdən keçmişdi. Biz o meyiti götürəndə rus ordusu bizə atəş açdığından, baş hissə o tərəfdə qaldı. O başı götürə bilmədik. Sonra bilmədim kimsə o başı götürüb gətirdi”. 

Həmsöhbətimiz bildirib ki, hər yerdə matəm idi: 

“Millətimizə divan tutulmuşdu. O imperiya belə vəhşilik edib.  Bunlar hamısı mənim gözümün qabağında olub". 

Ş.Ağayevin sözlərinə görə, şəhidləri dəfn etməyə imkan vermirdilər:

"Ancaq biz o zaman "Azadlıq" qəzetini redaktoru Nəcəf Nəcəfov, Xaləddin Xəlilov, eləcə də mən Dəfn Komissiyasının üzvləri olduq. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ilə məsləhətləşəndən sonra belə qərara gəldik ki, dəfn üçün 30-40 tabut lazımdır.

Ovaxtkı Bakı Sovetinin sədri Qaraqaşlıya müraciət edəndə o dedi ki, mən sizə taxta verə bilmərəm. Mən o zaman mebel istehsalı ilə məşğul olurdum. Beləliklə, biz sexdəki divanları sökərək səhərə qədər 40 ədəd tabut düzəltdik və məscidə gətirdik. 

O zaman 1 milyona yaxın insanın çiynindəki 40 tabuta imperiya ordusu tab gətirə bilmədi və dəfn baş tutdu. Bu gün Şəhidlər xiyabanı ziyarətgah olub. Tarixə qırmızı hərflərlə yazılmalı hadisədir ki, müasir silahlarla silahlanmış orduya qarşı, tankların üstünə xalqımız əliyalın getmişdi. Mən də 20 Yanvar gecəsi təsadüf nəticəsində sağ qalmışam. 

Səhərisi gün mühafizə xidməti xəbər verdi ki, müəssisə yanır. Demək, rus ordusu BRDM-lə vurub müəssisəni yandırdı. O zaman mən heç bilmirdim, Əhməd Cavadın oğlu Yılmaz Axundzadə Binəqədinin prokuroru idi. Demişdi ki, Şakir müəllim Vətənin qeyrətli oğludur, imkan verməyin ki, ona cinayət işi açılsın. Sexdə çox şey yanmışdı. Elə qeydiyyata aldılar ki, guya 800 manatlıq əmlak yanıb. 

Bu gün Şəhidlər xiyabanı xalqımızın ziyarətgahına çevrilib, Allah bütün şəhidlərimizə rəhmət eləsin!" 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Yanvar 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri