Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Şəhidlərin işığında parlayan güc: Azərbaycan Ordusu

Şəhidlərin işığında parlayan güc: Azərbaycan Ordusu

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Hər bir xalqın tarixi, onun mübarizəsi və dövlətçiliyi ilə yanaşı, güclü və möhkəm orduya sahib olması ilə də ölçülür. Azərbaycan xalqı əsrlər boyu torpaqlarını qorumaq, milli dəyərlərini müdafiə etmək naminə saysız-hesabsız savaşlardan keçmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra isə Azərbaycanın dövlət quruculuğunun əsas sütunlarından biri məhz Silahlı Qüvvələrin inkişaf etdirilməsi oldu. Bu məqsədlə həyata keçirilən ardıcıl və düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Ordusu regionun-– xüsusilə də Cənubi Qafqazın ən qüdrətli və müasir ordu sistemlərindən birinə çevrilib.

26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü həm tarixi mirasın yaşadılması, həm də bu günün reallıqları fonunda ordumuzun əldə etdiyi uğurların dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu tarix təkcə hərbi təqvimə yazılmış bir gün deyil - bu, Azərbaycanın milli gücünün, suverenliyinin və müstəqilliyinin əsas rəmzlərindən biridir.

Azərbaycan Ordusunun formalaşması 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan ilk nizami ordu birləşmələrindən başlayır. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə bu tarix 1998-ci ildən etibarən rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlanıb və o vaxtdan bu günədək bu tarix ordumuza, onun keçdiyi inkişaf yoluna verilən dəyərin göstəricisidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan ehtiyatda olan polkovnik Ramiz Şərifov qeyd edib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü dövlətçiliyimiz və müstəqilliyimiz üçün böyük əhəmiyyətə malik tarixlərdən biridir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk nizami ordu birləşməsinin yaradılması bu günün rəsmi əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə bu tarixi günün rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edilməsi, hərbi ənənələrin qorunması və orduya dövlət səviyyəsində verilən önəmin göstəricisidir:

"Azərbaycan Ordusu bu gün regionun xüsusilə də Cənubi Qafqazın ən güclü və modern silahlı qüvvələrindən biri hesab olunur. Ordumuzun peşəkarlaşması, texnoloji imkanlarının genişləndirilməsi, müxtəlif qoşun növlərinin döyüş hazırlığı və çevik idarəetmə sistemi beynəlxalq miqyasda da ciddi maraq və təqdir doğurur".

Müsahibimizin sözlərinə görə, son illərdə ordumuzun yeni döyüş konsepsiyasına uyğun olaraq formalaşdırılan komando briqadaları, çevik, sürətli və yüksək döyüş hazırlığı olan xüsusi təyinatlı birləşmələr kimi müasir hərb tariximizin uğurlarındandır. Qısa müddətdə ölkənin bütün bölgələrində yerləşdirilən bu briqadalar həm strateji ərazilərin müdafiəsində, həm də xüsusi əməliyyatlarda əsas rol oynayacaq gücdədir. Komando qüvvələri təkcə taktiki hazırlıqları ilə deyil, həm də döyüş texnikası və silahlanması baxımından regionda seçilən hərbi birləşmələrdən sayılır.

Həmsöhbətimiz onu da qeyd edib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə həm də ordumuzun nə qədər güclü, çevik və müasir hərbi sistemə malik olduğunu bir daha sübut etdi. Müharibədən sonra həyata keçirilən hərbi islahatlar, Türkiyə modeli əsasında qurulan ordu strukturu, qardaş ölkə ilə keçirilən birgə təlimlər və hərbi təhsil sahəsində əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrini yeni mərhələyə çıxarıb:

"Bütün bunlarla yanaşı, Silahlı Qüvvələrin inkişafı yalnız texniki modernləşmə ilə məhdudlaşmır. Ordunun kadr potensialı da xüsusi diqqət mərkəzindədir. Hərbi təhsilin təkmilləşdirilməsi, zabit heyətinin beynəlxalq təcrübə qazanması və hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi gələcək nəsil hərbiçilərin formalaşmasına zəmin yaradır. Hazırda Azərbaycan Ordusu təkcə öz sərhədlərini deyil, həm də regionda sabitlik və təhlükəsizliyi təmin edən əsas amillərdən biridir. Müasir döyüş texnikası, pilotsuz uçuş aparatları, raket sistemləri və texnologiyaya əsaslanan kəşfiyyat imkanları ilə ordumuz həm müdafiə, həm də hücum qabiliyyətlərinə malik güclü bir quruma çevrilmişdir".

Ramiz İdrisov, ehtiyatda olan polkovnik

Onun bildirdiyinə görə, Silahlı Qüvvələrimizin inkişafı təkcə daxili təhlükəsizlik və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşmır. Bu ordu artıq regionda sülhün, sabitliyin və balansın təminatçısı kimi çıxış edir. Azərbaycanın hərbi qüdrəti, xüsusilə 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi peşəkarlıq, dünyada bir çox ölkələr tərəfindən maraq və təqdirlə qarşılandı:

"Hazırda Azərbaycan Ordusunun NATO ilə uyğunlaşan strukturları, Türkiyə ilə birgə həyata keçirilən strateji təlimləri və regional əməkdaşlıq formatlarında iştirakı onu yalnız bölgə deyil, daha geniş coğrafiyada söz sahibi edən orduya çevirib. Komando qüvvələri isə öz çevikliyi və texniki təchizatı ilə döyüş əməliyyatlarının taktiki əsas gücünə çevrilib. Artıq bu qüvvələr Azərbaycanın müxtəlif bölgələrində dislokasiya olunmaqla yanaşı, ərazidənkənar əməliyyatlara da hazır vəziyyətdə saxlanılır. Eyni zamanda, Azərbaycanın hərbi təhsil sistemində baş verən yeniliklər, zabitlərin Türkiyə, Pakistan və digər dost ölkələrdə təlimlərə göndərilməsi, ali hərbi məktəblərin maddi-texniki bazasının gücləndirilməsi gələcəyin ordu modelini formalaşdırmaqdadır".

Son olaraq ehtiyatda olan polkovnik diqqətə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bu günkü inkişaf səviyyəsi ölkə rəhbərliyinin, xüsusilə də Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu təkcə Qafqazda deyil, bütün postsovet məkanında nümunəvi hərbi struktur olaraq tanınır:

"Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi, şəhid ailələrini və bu müqəddəs peşəni seçən hər kəsi təbrik edir, Azərbaycanın daim güclü orduya sahib olmasını diləyirik".

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin inkişafı təkcə hərbi uğur deyil, milli təhlükəsizliyimizin, suverenliyimizin və dövlətimizin sabahkı gününə olan inamımızın göstəricisidir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə, komando briqadalarının yaradılması, Türkiyə modeli əsasında qurulan yeni hərbi sistem və regionda artan nüfuzumuz – bütün bunlar bir daha sübut edir ki, güclü ordu olmadan güclü dövlət qurmaq mümkün deyil.

Azərbaycan Ordusu artıq sadəcə müdafiə gücü deyil, eyni zamanda regional sabitliyin və balansın təminatçısıdır. Bu orduya sahib olmaq hər bir vətəndaş üçün həm qürur, həm də məsuliyyət hissidir. Biz bu gücü qorumağa və daha da möhkəmləndirməyə borcluyuq. Çünki sabitlik, təhlükəsizlik və müstəqillik ancaq güclü ordu ilə təmin olunur.

Güclü ordu - güclü Azərbaycanın təməlidir.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyun 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri