“Şəhidlərin xatirəsinə toxunmaq bütün Azərbaycan xalqına toxunmaq deməkdir” Günay Ağamalı
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Şəhidlər bizim milli kimliyimizin, müstəqilliyimizin və azadlığımızın rəmzidir. Onların xatirəsinə qarşı edilən təhqir bütün bəşəri dəyərlərə olunan hörmətsizlikdir. Bu cür davranış Azərbaycan xalqının milli hissləri ilə açıq şəkildə oynamaq deməkdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı əcnəbilərin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlərindən danışarkən bildirdi.
"Şəhidlərimizin müqəddəs ruhuna hörmətsizlik edənlər qanun qarşısında cavab verəcəklər. Dövlətimizin müvafiq orqanları bu məsələni artıq nəzarətə götürüblər. Qanunvericiliyə uyğun şəkildə günahkar şəxslər məsuliyyətə cəlb olunublar.
Şəhidlər bizim qürur mənbəyimizdir. Onların xatirəsinə toxunmaq bütün Azərbaycan xalqına toxunmaq deməkdir".
Deputat vurğuladı ki, bu cür rəzil hərəkətləri qətiyyətlə pisləyir və dövlətimizin, xalqımızın birliyi ilə belə hörmətsizliklərə layiqli cavab verilir.
Xədicə BAXIŞLI
Baxış sayı:117
Bu xəbər 20 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















