Icma.az
close
up
RU
Zəfər Günü Azərbaycan üçün milli qürurun simvoludur Günay Ağamalı

Zəfər Günü Azərbaycan üçün milli qürurun simvoludur Günay Ağamalı

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Zəfər Günü müstəqil Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən biridir. Xalqımız hər il şücaət və qəhramanlıq səlnaməsi olan 8 Noyabr tarixini böyük fəxarət hissi ilə qeyd edir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə ilə 30 illik zülmə, ədalətsizliklərə, ikili standartlara, işğala son qoyaraq milli qürurunu, əzmini və birliyini bütün dünyaya nümayiş etdirdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Zəfər Günündən danışarkən bildirdi.

"Tarixə nəzər salsaq, ümumilli lider Heydər Əliyevin nüfuzundan və  mövqeyindən çəkinən ermənilər o zamana qədər imperiya daxilində açıq şəkildə təbliğat işləri apara bilmirdilər. Lakin ulu öndərin 1987-ci ildə Moskvada tutduğu yüksək vəzifədən istefa verməsindən sonra separatçılar fəallaşmağa başladılar. Azərbaycanda hakimiyyət boşluğu mövcud idi və ermənilər böyük güclərin, eyni zamanda erməni lobbisinin dəstəyi fonunda çirkin niyyətlərini artıq aktiv fazaya yüksəltdilər. Ermənilər fəal şəkildə silahlandırılır və ən təhlükəlisi Moskvadan, Parisdən, Avropanın digər paytaxtlarından onların təcavüzkar hərəkətlərinə haqq qazandırılırdı. Belə olduğu təqdirdə müharibə qaçılmaz idi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini görməzdən gələn Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Təbii ki, belə çətin situasiyadan ölkəni çıxaracaq yeganə qüvvə məhz Heydər Əliyev olduğu üçün onun hakimiyyətə qayıdışı Azərbaycanı xilası etdi. Tez bir zamanda ciddi siyasi-iqtisadi islahatlar həyata keçirən ulu öndər ölkənin davamlı inkişafını təmin edəcək qərarlar qəbul etdi və bu günki güclü, qüdrətli Azərbaycanın təməlini qoydu".

Deputat əlavə etdi ki, Heydər Əliyevin dövlətçilik konsepsiyasının, strateji xəttinin layiqli davamçısı, Azərbaycanın qələbələrinin memarı olan Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş, praqmatik siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada söz və nüfuz sahibi oldu, regional lider kimi özünü təsdiqlədi.  

"Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində Ermənistan üzərində əzici üstünlüklə qalib gəlməsinin banisi məhz Ali Baş Komandan İlham Əliyev oldu. Onun illərlə apardığı məqsədyönlü siyasət və ordu quruculuğuna göstərdiyi xüsusi diqqət, eyni zamanda beynəlxalq müstəvidə aparılan ardıcıl və prinsipal mübarizə bu möhtəşəm nəticəni təmin etdi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi "biz bu qələbəni döyüş meydanında xalqımızın birliyi və haqq işimiz sayəsində qazandıq". Buna görə də Zəfər Günü hər bir azərbaycanlı üçün milli qürurun simvoldur. İndi azad olunmuş ərazilərində geniş bərpa quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində müasir şəhərlər, kəndlər, yollar, təhsil ocaqları, hava limanları inşa edilir, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlə davam etdirilir. Bu proses Azərbaycanın dayanıqlı inkişafının göstəricisidir. Ermənistanın kapituliyasiyası hərbi-siyasi prosesdən daha çox xalqımıza qarşı illərlə qurulan ədalətsiz, qeyri-obyektiv yanaşmaların tənəzzülü idi. 8 Noyabr Zəfər Günü Azərbaycan xalqının yenilməzliyinin, milli birliyinin təntənəsidir. Bu şanlı tarix nəsillər boyu xatırlanacaq və xalqımızın yaddaşında qürur, sevinc hissi ilə yaşayacaq", - deyə Günay Ağamalı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri