Icma.az
close
up
RU
Səhiyyə islahatlarında yeni hədəf: əlçatanlıqdan keyfiyyətə

Səhiyyə islahatlarında yeni hədəf: əlçatanlıqdan keyfiyyətə

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Son illərdə ölkəmizin səhiyyə sistemində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyəti yalnız infrastrukturun yenilənməsi və xidmətlərin genişləndirilməsi deyil, eyni zamanda, sistemin effektiv idarə olunması, xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir”.

Bu fikirləri “XQ”yə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov səhiyyə sahəsində aparılan son islahatlarla bağlı bildirdi. Əlavə olaraq yalnız paytaxtda deyil, bölgələrdə də vətəndaşların müayinə və müalicələrə əlçatanlığının daha asan olduğunu dedi:

– Regionlarda müasir xəstəxanaların tikilməsi, mövcud tibb müəssisələrinin yenidən qurulması və texniki təminatın gücləndirilməsi nəticəsində səhiyyə xidmətlərinin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Əgər əvvəlki dövrlərdə vətəndaşların böyük bir hissəsi daha keyfiyyətli xidmət üçün paytaxta üz tuturdusa, bu gün artıq bir çox əsas tibbi xidmətlər regionlarda da əlçatan olub.

Lakin obyektiv yanaşma tələb edir ki, bu sahədə görülən işlərlə yanaşı, mövcud çağırışlar da qeyd olunsun. Regionlarla paytaxt arasında xidmət keyfiyyəti və xüsusilə yüksək ixtisaslaşmış tibbi müdaxilələr sahəsində müəyyən fərqlər hələ də qalmaqdadır. Bu fərqlər əsasən kadr potensialının qeyri-bərabər bölgüsü, klinik qərarvermə təcrübəsinin fərqli səviyyədə olması və bəzi ixtisaslaşmış xidmətlərin mərkəzləşmiş formada təşkil olunması ilə bağlıdır.

İcbari tibbi sığortanın tətbiqi isə səhiyyə sistemində köklü dəyişikliklərə səbəb olub. Ən mühüm nəticə ondan ibarətdir ki, vətəndaşların tibbi xidmətlərə çıxışı əhəmiyyətli dərəcədə artıb. Artıq insanlar əvvəlki qədər maliyyə baryerləri ilə üzləşmədən tibb müəssisələrinə müraciət edə bilirlər. Bu, sosial ədalət və bərabər imkanlar baxımından mühüm nailiyyətdir.

Bununla belə, müraciətlərin artması sistemə əlavə yük yaradıb və bu da keyfiyyət məsələsini daha da aktuallaşdırıb. İcbari Tibbi Sığorta modeli, ilk növbədə, maliyyələşmə mexanizmi kimi formalaşdığı üçün xidmətin keyfiyyətinin yüksəldilməsi paralel olaraq idarəetmə, kadr hazırlığı və klinik protokolların tətbiqi ilə sıx bağlıdır. Bu istiqamətdə görüləcək işlər növbəti mərhələnin əsas prioritetlərindən biri kimi çıxış edir.

Komitə sədrinin müavini İcbari Tibbi Sığorta sistemindəki yenilikləri uzunmüddətli və düşünülmüş siyasətin nəticəsi kimi dəyərləndirdi:

– Hazırda həyata keçirilən struktur dəyişikliklər, xüsusilə icbari tibbi sığorta sisteminin idarəetmə modelində yeniliklər və səhiyyə xidmətlərinin təşkilində institusional yanaşmanın təkmilləşdirilməsi problemlərin daha sistemli şəkildə həllinə yönəlib. Məqsəd maliyyə resursları ilə tibbi xidmətin təşkili arasında daha sıx və effektiv əlaqənin qurulmasıdır.

Bütün bu proseslər göstərir ki, Azərbaycan səhiyyəsi yeni keyfiyyət mərhələsinə keçid edir. Bu mərhələdə əsas hədəf yalnız xidmətin əlçatan olması deyil, eyni zamanda onun keyfiyyətli, təhlükəsiz və nəticəyönümlü olmasıdır.

Bu genişmiqyaslı və ardıcıl islahatların əsasında isə ölkə rəhbərliyinin, xüsusilə cənab Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və strateji yanaşma dayanır. Son illərdə həyata keçirilən kompleks tədbirlər – həm infrastrukturun qurulması, həm də idarəetmə mexanizmlərinin yenilənməsi uzunmüddətli və düşünülmüş siyasətin nəticəsidir.

Z.HÜSEYNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri