Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Səhiyyə naziri Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin V iclasında çıxış edib

Səhiyyə naziri Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin V iclasında çıxış edib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası keçirilir.

Türk Dövlətləri Təşkilatının və Qazaxıstan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tədbirin mahiyyətini vurğulayaraq bildirilib ki, Təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur.

Tədbirin mahiyyətini vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Kluge iclasın işinə uğurlar arzulayıb.

Beynəlxalq tədbirdə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, ali tibb təhsili qurumlarının rəhbərləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş elm adamlarının iştirak etdiyini bildirən Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova iclasın uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev ilk növbədə ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçuş edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas etməsi üçün köməklik göstərən Qazaxıstanın Səhiyyə Nazirliyi və digər dövlət orqanlarının əməkdaşlarına, həmçinin köməkliyini əsirgəməyən qardaş ölkənin vətəndaşlarına təşəkkürünü bildirib: ”Prezident İlham Əliyevin göstərişi ilə qəzadan dərhal sonra Azərbaycanın dövlət qurumlarından ibarət heyət Aktau şəhərinə ezam edilib. Hadisənin baş verdiyi ilk dəqiqələrdən Qazaxıstanın tibb işçiləri böyük dəstək və fədakarlıq göstərib. Vaxtında və yüksək peşəkarlıqla göstərilən tibbi yardım nəticəsində yaralılar sağ qalıb və sonradan ölkələrinə təxliyə olunub. Qazaxıstanlı qardaş və bacılarımızın göstərdikləri həmrəylik Azərbaycan xalqının qəlbində böyük iz buraxıb”.

Tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Teymur Musayev Türk Dövlətləri Təşkilatın qısa müddətdə üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını bildirib: “Ortaq tarix, dil, kimlik və mədəniyyət kimi əsas sütun üzərində qurulan Təşkilatın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və dəstəyinin nəticəsidir. 2024-cü ilin sentyabr ayında Ortaq Türk Əlifbasının qəbul edilməsi ən ali səviyyədə göstərilən dəstək sayəsində mümkün olub”.

Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin IV iclasının Şuşa şəhərində keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayan Teymur Musayev iclas çərçivəsində Türktransplant Vahid İnformasiya Sisteminin yaradılmasına dair niyyət protokolunun və digər vacib sənədlərin imzalandığını qeyd edib. Eyni zamanda, nazir builki iclasda TDT-nin üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsi sahəsində birgə fəaliyyətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Həmçinin, Teymur Musayev qeyd edib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanmasını mümkün edir.

“Prezident İlham Əliyevin: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir” ifadəsinin uğurla reallaşdırıldığını görürük. Əminəm ki, hər birimiz bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

Öz çıxışlarında Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov, Qırğızıstanın səhiyyə naziri Erkin Çeçeybayev və Macarıstanın Daxili İşlər Nazirliyi dövlət katibinin müavini Judit Bidlo beynəlxalq tədbirin ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclasında yekun sənəd – Birgə Bəyannamə qəbul edilib. Sənədə əsasən, Təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qırğızıstanda keçirilməsi qərara alınıb.

Həmçinin, tədbir çərçivəsində Astana Tibb Universiteti ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri