Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi: Orqan köçürülmüş xəstələrdə laborator nəzarət gecikməməlidir

Səhiyyə Nazirliyi: Orqan köçürülmüş xəstələrdə laborator nəzarət gecikməməlidir

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir:

- Mətanət xanım, nə üçün orqan köçürülməsindən sonra qanda immunosupressant dərmanların miqdarına nəzarət etmək vacibdir?

- Orqan köçürülməsi insan həyatını xilas edən çox önəmli və mürəkkəb bir əməliyyatdır. Orqan transplantasiyasından sonra immunosupressantların qəbulu vacibdir, çünki insanın immun sistemi təbii olaraq tranplantasiya edilmiş orqanı “yad” kimi qəbul edir.
İmmunosupressantlar müntəzəm qəbul edilmədikdə və ya qanda səviyyəsi azaldıqda immun sistemi yenidən aktivləşir. Bu da xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Bu səbəbdən müntəzəm olaraq qanda laborator müayinə aparılmaqla immunosupressantların səviyyəsinə nəzarət olunmalıdır. İmmunosupressiv dərmanların düzgün dozada və müntəzəm qəbulu uğurlu transplantasiyanın əsas şərtlərindəndir.

- İmmunosupressiv preparatların terapevtik monitorinqi hansı analitik üsullarla həyata keçirilir?

- Orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressiv preparatların qandakı səviyyəsinin cüzi dəyişkənliyi belə terapiyanın effektivliyinə ciddi təsir göstərə bilir. Buna görə də, qanda dərman konsentrasiyasının dəqiq və etibarlı şəkildə ölçülməsi klinik baxımdan həyati əhəmiyyət daşıyır.
Laboratoriyamızda olan yüksək dəqiqlik və həssaslığa malik ikiqat kütlə spektrometriyalı maye xromatoqrafı (LC-MS/MS) immunosupressantların (məsələn, takrolimus, siklosporin, sirolimus, everolimus), hətta çox aşağı konsentrasiyalarını belə dəqiqliklə müəyyən etməyə imkan verir. İkiqat kütlə spektrometriyalı maye xromatoqrafının seçiciliyi və dəqiqliyi çox yüksək olduğu üçün beynəlxalq səviyyədə müvafiq analizlərin həyata keçirilməsi üçün “qızıl standart” hesab edilir.
Alınan nəticələrə əsasən müalicə həkimi uyğun dozanı seçir və nəticədə müalicənin effektivliyi və xəstənin həyati təhlükəsizliyi qorunur.

- Orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressiv dərmanların normadan artıq və ya az qəbul edilməsi hansı patofizioloji dəyişikliklərə və klinik risklərə yol açır?

- İmmunosupressiv dərmanların müalicə həkimi tərəfindən təyin edilmiş dozadan az qəbul edilməsi immun sistemin həddən artıq zəifləməsinə səbəb olur. Nəticədə, orqanizmdə infeksiyalara qarşı yüksək həssaslıq yaranır, infeksiyaların inkişaf riski artır. Bu isə transplantasiya olunmuş orqanlarda rəddolunma riskinin artmasına, autoimmun xəstəliklərin kəskinləşməsinə, iltihab proseslərinin yenidən aktivləşməsinə və ümumilikdə müalicənin effektivliyinin azalmasına gətirib çıxara bilir. Dozanın çoxluğu isə dərmandan asılı olaraq qaraciyər, böyrək və sümük iliyində zədələnmələrə səbəb olur, həmçinin qan azlığı kimi hematoloji pozğunluqlar törədə bilir.

- Eyni dərmanın fərqli insanlarda fərqli nəticə verməsinin səbəbləri hansılardır?

- İmmunosupressiv dərmanların eyni dozada müxtəlif insanlarda fərqli təsir göstərməsi orqanizmin genetik xüsusiyyətləri, qaraciyər və böyrək fəaliyyətinin səviyyəsi, yaş, cins, bədən çəkisi və ümumi sağlamlıq vəziyyəti ilə bağlıdır. Genetik fərqlər dərmanları parçalamaq üçün lazım olan fermentlərin fəaliyyətini dəyişdirdiyindən eyni dərman bir insanda tez parçalanaraq zəif təsir göstərə, digərində isə gec metabolizə olunaraq daha güclü təsir yarada bilər.
Qaraciyər və böyrək funksiyasında olan fərqlər də dərmanların orqanizmdə yığılma və xaricolma sürətinə təsir edir. Həmçinin, digər dərmanlarla qarşılıqlı təsirlər, bəzi qidalar, siqaret və alkoqol kimi həyat tərzi faktorları immunosupressiv dərmanların təsir gücünü dəyişdirə bilir. Buna görə immunosupressiv dərmanların dozası hər bir xəstənin fərdi xüsusiyyətləri nəzərə alınaraq tənzimlənməli və müntəzəm laborator nəzarət altında saxlanmalıdır.

- Orqan transplantasiyası olunmuş xəstələrdə qanda immunosupressiv dərman monitorinqinin vaxtında aparılmaması nəyə gətirib çıxarır?

- Orqan transplantasiyası olunmuş xəstələrdə qanda immunosupressiv dərmanların laborator monitorinqinin vaxtında aparılmaması ciddi klinik və patofizioloji nəticələrə gətirib çıxarır. Vaxtında aparılmayan laborator nəzarət həm terapevtik effektin azalmasına, həm də təhlükəli yan təsirlərin artmasına səbəb ola bilir.
Bundan əlavə, orqan transplantasiyası olunmuş xəstələrdə laborator müayinələrin gecikməsi bir neçə səbəbdən psixoloji gərginlik və narahatlıq yarada bilər. Belə ki, xəstə immunosupressiv dərmanların səviyyəsinin norma daxilində olub-olmadığını və transplant olunmuş orqanın necə işlədiyini bilmədikdə, bu qeyri-müəyyənlik narahatlıq səviyyəsini artırır və müayinələrin vaxtında aparılmamasının, terapiyanın kifayət qədər effektiv olmamasına və orqanın rədd olunma riskinin artmasına gətirib çıxara biləcəyi anlayışı stresi gücləndirir.
Bu səbəbdən, orqan transplantasiya olunmuş xəstələrdə qanda immunosupressiv dərmanların monitorinqi müntəzəm və vaxtında aparılmalıdır. Eyni zamanda, doza tənzimləmələri laborator nəticələr və klinik göstəricilər əsasında müəyyən edilməlidir.
Müntəzəm laborator monitorinq köçürülmüş orqanın qorunması, dozanın optimal terapevtik səviyyədə saxlanması və xəstənin klinik təhlükəsizliyinin təmin olunması baxımından həyati əhəmiyyətlidir.

- Dəqiq nəticələrin əldə olunması üçün immunosupressiv preparatlar qəbul edən xəstələr laborator müayinədən öncə hansı qaydalara əməl etməlidirlər?

- Orqan köçürülməsindən sonra xəstənin həyatı immunosupressiv preparatların qəbuluna necə riayət etməsindən birbaşa asılıdır. İmmonosupressiv preparatlar həkimin təyin etdiyi dozada və saatda qəbul edilmədikdə köçürülmüş orqanı qorumaq mümkün olmur. Çünki qəbul vaxtının dəyişməsi dərmanın orqanizmdəki miqdarına təsir göstərir. Heç bir halda dərmanın dozasını özbaşına artırmaq və ya azaltmaq olmaz. Bu qərarı yalnız laborator müayinələrin nəticələrinə istinadən müalicə həkimi verə bilər.
Bəzi xəstələr özlərini yaxşı hiss etdikdə dərmanın dozasını azaltmağa, bəzən isə daha tez sağalmaq ümidi ilə artırmağa çalışırlar. Lakin bu, çox təhlükəlidir. Hər iki hal transplantasiya olunmuş orqanın funksional pozğunluğuna və xəstənin ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər. Həmçinin, xəstələr yeni dərman, vitaminlər, qida əlavələri qəbul etməzdən əvvəl mütləq müalicə həkimləri ilə məsləhətləşməlidirlər. Çünki bəzi maddələr immunosupressantların təsirini zəiflədə və ya gücləndirə bilər. Bu isə dərman səviyyəsində kəskin dəyişiklik yaradır.
Unutmamalıyıq ki, immunosupressantlar transplantasiya olunan orqanın yeni sahibinə uyğunlaşmasını təmin edən ən vacib vasitədir. Onlara düzgün riayət etmək orqanın uzun illər sağlam qalmasına şərait yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see363

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see245

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri