Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var Həkim

Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var Həkim

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanda həkim çatışmazlığı var. 1992-ci ildə ölkəmizdə təxminən 28 minə yaxın həkim var idisə, hazırda bu rəqəm 33 mindən çoxdur. Yəni, artım beş mindir. Doğrudur, əhali də artıb".

Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. O bildirib ki, ildə Azərbaycan Tibb Universitetində minə yaxın həkim hazırlanmasına baxmayaraq, həkim çatışmazlığından şikayətlənirik:

"Bu ona görə belədir ki, ölkədən həddən çox axın var. Başqa yerlərə işləməyə gedirlər. Türkiyədə, Almaniyada, Fransada, ABŞ-də işləyənlər çoxdur. Bunun qarşısını birbaşa ala bilmərik. Amma elə bir şərait yarada bilərik ki, həkimlərin burada qalmaq üçün marağı olsun. Məsələn, rezidentura sistemi ilə bağlı demək istərdim. Niyə bizdə həkimlər erkən vaxtdan buradan çıxıb gedir? Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikası var. Amma icbari tibbi sığorta ora xəstə vermir. Bu rezidentlər harada və necə öyrənsin? Onlar təcrübə toplamalıdırlar. Əslində Səhiyyə Nazirliyi və TƏBİB arasında gizli də olsa, səlahiyyət mübarizəsi var. Bu işə xeyli mane olur. Bir icra strukturunun iki yerə bölünməsi, işin effektivliyini xeyli aşağı salır. Əsas problem bundadır. Ona görə də həkimlərin çoxu rezidenturada xəstə tapmır, öyrənə bilmir, məcbur olaraq Almaniya, Türkiyəyə gedir, sonra orada qalır".

A.Qeybulla vurğulayıb ki, 65 yaşdan sonra həkimləri işdən çıxarırlar: "Bu həkimləri başqa yerdə yerləşdirmək olar. Onları həkimlərin az olduğu yerlərə göndərmək mümkündür. Müəyyən təcrübə toplamış həkimi o yaşında bayıra atmaq nə dərəcədə məntiqə uyğundur? Düşünürəm ki, xeyli yanlışlıqlar var və işimizi iflic duruma salıb".

Qeyd edək ki, Milli Məclisin noyabrın 1-də keçirilən plenar iclasında çıxış edən bir neçə deputat Azərbaycanda həkim çatışmazlığının olduğunu bildirib.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri