Icma.az
close
up
RU
Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verildi FOTOLAR

Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verildi FOTOLAR

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” adlanan 3-cü Milli Prioritetinə uyğun olaraq yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi qrupunun ilk iclası keçirilib.
Demokrat.az xəbər verir ki, iclasda sözügedən işçi qrupunun rəhbəri olan səhiyyə naziri Teymur Musayev, eləcə də Nazirlər Kabineti, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən səhiyyə naziri Teymur Musayev ölkədə sağlam həyat tərzinin təşviqi istiqamətində görüləcək tədbirlərin vahid strateji çərçivəyə salınmasının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunmaqla ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb.
İclasda səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın indiyədək icrası üzrə cari dövrdə əldə olunan nəticələr və təcrübələr barədə təqdimatla çıxış edib.
Müzakirələr zamanı işçi qrupunun üzvləri 2027–2030-cu illər üzrə yeni strategiyanın konturlarının müəyyənləşdirilməsi, sağlam həyat tərzinin təşviq edilməsi, səhiyyə sisteminin gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi ilə bağlı təkliflərini səsləndiriblər.
İclasın sonunda nazir Teymur Musayev qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın effektiv icrası üçün yaradılmış sahəvi alt işçi qruplar öz fəaliyyətlərini ayda ən azı bir dəfə olmaqla intensiv şəkildə davam etdirməlidirlər. Nazir vurğulayıb ki, növbəti illər üçün hazırlanacaq strategiyada müasir dövrün reallıqları və qlobal trendləri nəzərə alınaraq, gələcəkdə tətbiqi daha effektiv nəticələr verən tədbirlər öz əksini tapmalıdır.
Bu iclas sağlam həyat tərzinin təşviqinə dair qarşıdakı illər üçün konkret addımların təməlini qoyan mühüm bir mərhələ kimi qiymətləndirilir.








Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see187

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see176

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see138

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see122

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri