Türkiyənin Ufuk Universitetinin nümayəndə heyəti Səhiyyə Nazirliyində FOTOLAR
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev Türkiyə Respublikasının Ufuk Universiteti (Ankara) Yol Qəzalarına Yardım Fondunun Prezidenti, professor Recai Pabuççunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə həmçinin, Ufuk Universitetinin rektoru, professor Əhməd Hakan Haliloğlu da iştirak edib.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri çərçivəsində səhiyyə və beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat və kadr hazırlığı istiqamətlərində təcrübə mübadiləsi, tibbi reabilitasiya, yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, reabilitasiya və profilaktika sahəsində müasir yanaşmaların tətbiqi, tibb tələbələri və rezidentlər üçün təcübə mübadiləsi proqramlarının təşkili, reproduktiv tibb sahəsində birgə tədqiqatlarının reallaşdırılması, eləcə də bu istiqamətlərdə müştərək layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















