Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanır.
Gununsesi.info xəbər verir ki, bir qrup səhiyyə işçisi sözügedən mükafatın verilməsində demək olar, hər il haqsızlığa yol verildiyini iddia edərək təltiflərdən narazı qaldıqlarını bildiriblər.
Belə ki, hər il iyun ayının 17-i ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Həmin gün bir neçə səhiyyə işçisi “Səhiyyə əlaçısı” medalı ilə təltif edilir. Bu il də medalın kimlərə veriləcəyi ilə bağlı müəyyən şübhələr var. Səhiyyə işçiləri ötən il bu məsələdə haqsızlığa yol verildiyinin şahidi olduqlarından bunun yenə təkrar olunacağını düşünürlər.
Adının çəkilməsini istəməyən mənbə Teleqrafa açıqlamasında bildirib ki, ötən il “Səhiyyə əlaçısı” döş nişanı verilən zaman əsasnamə qaydaları pozulub.
Ötən il Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov nazir tərəfindən bu döş nişanına layiq görülüblər. Amma onların hansı səmərəli xidmətlərinə görə bu medala layiq görüldükləri bəlli deyil.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 May 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















