Icma.az
close
up
RU
Səhiyyə Nazirliyində tibb mütəxəssisləri ilə görüş keçirildi FOTO

Səhiyyə Nazirliyində tibb mütəxəssisləri ilə görüş keçirildi FOTO

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Səhiyyə Nazirliyində baş ağrıları üzrə beynəlxalq aləmdə yüksək nüfuza malik olan aparıcı mütəxəssislərlə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Danimarka, Almaniya, Belçika və İtaliyadan olan tanınmış alimlər – Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin (IHS) sabiq prezidenti professor Məsud Aşina, Essen Universitetinin professoru, Avropa Baş Ağrı Federasiyasının (EHF) sabiq prezidenti professor Zaza Katsarava, Brüssel Universitet Xəstəxanasının nevroloji klinikasının rəhbəri, EHF-nin Idarə Heyətinin üzvü professor Yan Versijpt, Sapienza Universitetinin professoru, Avropa Nevrologiya Akademiyasının (EAN) Baş ağrı panelinin üzvü Canluka Koppola, eləcə də miqren və baş ağrıları üzrə mütəxəssis, “Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyinin həmtəsisçisi Sərxan Əmirquliyev iştirak ediblər.

Görüş zamanı baş ağrıları və miqrenin müasir diaqnostika və müalicə üsulları, bu sahədə beynəlxalq klinik yanaşmalar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səhiyyə naziri Teymur Musayev ölkə rəhbərliyinin səhiyyə sahəsinə, xüsusilə də ixtisaslaşmış tibbi xidmətlərin inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, son illər Azərbaycan səhiyyəsində həyata keçirilən islahatlar çərçivəsində nevrologiya sahəsi, o cümlədən baş ağrılarının diaqnostika və müalicəsi istiqamətində mühüm addımlar atılıb: “Prezidenti İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin müasirləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və əhalinin yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, beynəlxalq ekspertlərlə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır”.

Nazir həmçinin qeyd edib ki, belə görüşlər yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl müalicə protokollarının tətbiqinə töhfə verir.

Öz növbəsində qonaqlar Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları yüksək qiymətləndirərək, elmi və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəb sırasındadır. Baş ağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğu qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri