Səhiyyə Nazirliyində Julyen de Frepon ilə görüş keçirilib FOTO
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Teymur Musayev, həmçinin tibb işçilərinin təcrübə mübadiləsi və bacarıqlarının təkmilləşdirilməsi üçün treninqlərin təşkilinin mümkünlüyünü qeyd edib. Nazirin sözlərinə görə, əczaçılıq sənayesində əməkdaşlıq potensialı da mövcuddur.
Öz növbəsində Julien de Frepon Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 05 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















