Icma.az
close
up
RU
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” VİDEO

“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” VİDEO

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Səhiyyəmizdə xeyli inkişaf var, xüsusilə, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı uğurlarımız var. İcbari tibbi sığortadan məmnunluq get-gedə artır. Amma bu o demək deyil ki, səhiyyənin bütün problemləri həll olub. Kifayət qədər problemlərimiz var. Səhiyyənin maddi-texniki bazasınn möhkəmləndirilməsi, kadr potensialı, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı hələ də xeyli problemlər var”.

News24.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, bildirib ki, səhiyyədəki problemlərin aradan qaldırılması ilə bağlı işlər görülür:

“Səhiyyə komitəsi olaraq bu problemlərlə daim maraqlanırıq. Səhiyyənin gələcəkdə səviyyəsinin, əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi sahəsində qanunların və qanunverici aktların hazırlanmasına çalışırıq. Bölgələrdə həkim çatışmazlığı problemini dəfələrlə parlamentdə qaldırmışıq. Ümumiyyətlə, Azərbaycanda həkim çatışmazlığı yoxdur. Əgər 100 milyon əhaliyə düşən həkim sayına baxsaq, dünyada Azərbaycan ən qabaqcıl yerlərdədir.

Həkimlərin düzgün yerləşdirilməməsi problemi var, həkimlər, əsasən, Bakıya, böyük şəhərlərə yığılıb. Ona görə də bölgələrdə onların sayı azdır. Bu istiqamətdə də işlər görülür, bunun üçün gərək bölgələrə gəlmiş həkimlərimiz bizi maraqlandıra, onları yüksək həyat şəraiti və yüksək maaşla təmin edək ki, bölgələrdə işləməyə maraqlı olsunlar”.

Komitə sədri vaxtilə 70 min əhaliyə xidmət edən, hazırda tikintisi dayandırılan Quba xəstəxanasını ilə bağlı məsələyə də münasibət bildirib:

“Əgər Quba xəstəxanasına ehtiyac varsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB də məsələyə baxıbsa, mən onlarla söhbət edib, Milli Məclisin həm Səhiyyə Komitəsinin iclasında, həm də plenar iclasında bu məsələni qaldıraram. Siz və ya həkimlər yazılı qaydada mənə müraciət eləsinlər, çalışarıq ki, məsələnin həllinə kömək edək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri