Icma.az
close
up
RU
Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: Alim Qasımova dərs demişəm

Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: Alim Qasımova dərs demişəm

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İncəsənət Universitetində Alim Qasımova, Brilliant Dadaşovaya, Mənsum İbrahimova, Manaf Ağayevə, Almaz Ələsgərliyə aktyorluq sənəti üzrə dərs demişəm".

Oxu.Az xəbər verir ki, bunu müğənni, pedaqoq, polkovnik Azad Zamanov "Yeni Müsavat"a müsahibəsində deyib.

Polkovniklə müsahibəni təqdim edirik:

- Azad bəy, çoxdandır sizdən xəbər yoxdur. Haralardasınız, nə işlə məşğul olursunuz?

- Bu yaxınlarda 70 yaşım oldu, təqaüddəyəm, yavaş-yavaş qocalırıq (gülür). Bakıda yaşayıram, amma Neftçalaya da gedirəm, orada Kür çayının kənarında qəşəng evim var. Hazırda da rayondayam, dəniz kənarına istirahətə gəlmişəm. Həyatım yaxşı keçir.

- Kür çayına mahnı həsr etmisinizmi?

- "Ana Kürüm" mahnısını Aşıq Pənahdan sonra mən oxumuşam.

- Təqaüdə çıxdığınızı dediniz, bəs yaradıcılıq? İlham mənbəyiniz də pensiyadadır?

- Saytıma baxın, ora tez-tez yeni ifalarımı yerləşdirirəm. Televiziyaya özüm tez-tez getmirəm. Nə qədər yalvarıb çağırırlar. Televiziyamızın vəziyyətini bilirsiniz. Ona görə də əvvəllər ifa etdiyim mahnıları özüm üçün yenidən aranjiman edib oxuyuram. Cabir Novruzun, Baba Vəziroğlunun sözlərinə yazılan mahnılara yenidən nəfəs verirəm. Neftçalada istirahət edərkən oxumağa da vaxtım olur.

- Toylara da gedirsiniz?

- Əlbəttə. Neftçala camaatı məni toylara dəvət edir. Bakıda da el şənliklərində oxuyuram. Lakin hər toya getmirəm, seçim edirəm.

- İndiki müğənnilər toya yüksək qiymətə gedirlər. Siz də dəbə uyğun qiymət deyirsiniz?

- Yox. Lap gənclik illərimdən bu günə qədər heç vaxt toya gedəndə konkret məbləğ istəməmişəm. Gedib oxuyuram, yaxşı da yola salırlar. İndiki zəmanədə ayağımı dirəyib hansısa miqdarda pul istəmək mənim üçün ayıb sayılar. Məni toya çağırırlarsa, deməli, yaddan çıxmamışam. Elə adam var ki, həm özünün, həm oğlunun, həm də nəvəsinin toyunda oxumuşam.

- Sənət adamlarından kimlərlə dostluq edirsiniz?

- Xüsusi dostluq əlaqəm yoxdur. Görəndə salamlaşıram, vəssalam. İncəsənət Universitetində Alim Qasımova, Brilliant Dadaşovaya, Mənsum İbrahimova, Manaf Ağayevə, Almaz Ələsgərliyə aktyorluq sənəti üzrə dərs demişəm.

- Bildiyimə görə, həm də məmur olmusunuz. Sənət və vəzifə, ikisini bir araya necə sığdıra bildiniz?

- Bəli, Astarada gömrük idarəsinin rəisi kimi fəaliyyət göstərmişəm. Oradan polkovnik kimi təqaüdə çıxmışam.

"Qanlı Yanvar" hadisələri, ondan sonra anamın, atamın, qardaşlarımın ard-arda itkisi məni ruhdan saldı. Daha oxumaq istəmədim. Qərar verdim ki, müğənnilikdən uzaqlaşım və ixtisasımı dəyişim. Həmin vaxt İncəsənət İnstitutunda (Hazırda Mədəniyyət və İncəsənət Universiteti - red.) dekan müavini idim. Beləliklə, 40 yaşımda işimdən getdim və peşəmi dəyişdim, əvvəlcə hüquq, sonra beynəlxalq hüquq üzrə təhsil aldım. 30 il mahnı oxumadım.

- Müğənni olmaq çətin idi, yoxsa məmur...

- Əslində çətin iş yoxdur. Çətinlikdən qorxmayın, o, insan üçündür. Əsas məsələ əzm və anlayış göstərməkdir. Savadlı insan üçün həyatda heç nə çətin deyil. Öz üzərində işləyirsənsə, bütün qapılar sənə açıqdır. Mən təkcə müğənniliklə kifayətlənə bilməzdim, mütləq əlavə iş tapmalı idim. Əlavə gəlirin yoxdursa, təkcə incəsənətdən gələn pulla yaşamaq çox çətindir. Mütləq əlavə peşən, sənətin olmalıdır. Axı hər müğənni toya gedib yaxşı pul qazana bilmir. İncəsənət adamları həmişə maddi cəhətdən çətinlik çəkiblər. Məhərrəm ayı gələndə hamısı düşünür ki, ailəni necə dolandıracağam.

- İndiki məmurların bəzilərindən xalq narazıdır. Siz necə məmur idiniz?

- Mən özümü tərifləyə bilmərəm axı (gülür). Onu mənim işlədiyim dövrü görən adamlardan soruşmaq lazımdır. Bəzən deyirdilər ki, məmur oxuya, bəstəkarlıq edə bilməz. Bunun nəyi pisdir ki? Bill Klinton, Ronald Reyqan da incəsənətlə məşğul olublar. Biri aktyor, digəri isə saksafonçu idi. Əsas məsələ insan olmaqdır, çətini odur.

- Müasir dövrün müğənniləri ilə əlaqəniz necədir? İfalarını dinləyirsinizmi?

- Hamıya qulaq asıram. Yaxşı oxuyan da var, mahnının başına daş salan da. Bəzən toylarda qarşılaşırıq, hamısına böyük hörmətim var. Gəncləri qorumaq lazımdır. Hər aşiqin öz dövranı var. Bizim dövrümüzdə də yaşlı nəsil, xanəndələr bəzən ifalarımızı bəyənmirdilər. Deyirdilər ki, filankəslər "3 badam, bir qoz" oxuyanlardır. Həmin vaxtlar bəstəkar mahnıları oxuyanlar da az idi. Çünki Tofiq Quliyev, Hacı Xanməmmədov kimi bəstəkarların mahnısını oxumaq asan məsələ deyildi. İndi "3 badam, bir qoz" musiqisini bəstələyən də özünə bəstəkar deyir. Belələri bir gündə 10 mahnı yazır. Özü bəstələyir, özü də oxuyur. Mən başa düşə bilmirəm, belə şey olar?

- Neçə övladınız var?

- Üç qız övladım, 1 nəvəm var. O da mənim adımı daşıyır.

- Onlarda incəsənətə maraq olmadı, ya siz icazə vermədiniz?

- Bəlkə də gələcəkdə ikinci Azad Zamanov olacaq. Nəvəmlə birgə mahnılar ifa edirik. Təhsil alsın, peşəyə sahib olsun. Səsi varsa, özü üçün də oxuya bilər, səhnəyə çıxmaq şərt deyil. Bizim dövrümüzdə uşaqlar sənətçi olmasalar da, musiqi ilə məşğul olardılar. Məsələn, mən tar məktəbini bitirmişəm. Azərbaycan xalqı çox istedadlıdır. Hər evdə musiqi alətində ifa edən və ya oxuya bilən adam var. Amma bu o demək deyil ki, hər kəs müğənni olmalı, səhnəyə çıxmalıdır. Uşaqlara ilk növbədə təhsil vermək lazımdır. Oxuyan çoxdur, istedadı başqa işlərə yönəldin.

- Yeri gəlmişkən, hələ də sizə "Xalq artisti" adı verilməyib. Bu biganəlik nədən qaynaqlanır?

- Heç "Əməkdar artist" adı da verilməyib, qalmışdı ki, "Xalq artisti" (gülür). Eybi yox, dövlət mənə işlədiyim müddətdə "polkovnik" rütbəsi verdi. Mən xalqın artistiyəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri