Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Səhnənin növbəti Məcnunu, sənətin Dəvası Kənan Novruzovla MÜSAHİBƏ

Səhnənin növbəti Məcnunu, sənətin Dəvası Kənan Novruzovla MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

“Muğam” televiziya müsabiqəsinin finalçısı: Ən böyük arzularımdan biri Məcnun rolunu oynamaqdır

Bakı, 22 avqust, Abdulla Suvar, AZƏRTAC

Onun özünəməxsus səsi var, dinlədikcə avazından doymursan, bəzən göylərə bülənd olub dinləyicinin yaddaşını silkələyir, bəzən də dərə boyu axan çay kimi qəlbə sərinlik gətirir. Hansı muğam parçasını ifa etməsindən asılı olmayaraq, ənənələri qorumaq, keçmişdən bizə miras qalan muğam ruhunu yaşatmaq üçün böyük səy göstərir. Elə bu səbəbdən də çoxu Kənan Novruzovun səsini unudulmaz muğam ifaçılarının səsinə, avazına bənzədirlər. Görünür, bu bənzərlikdə bir yaddaşa, muğam yaddaşına qayıdış var. Amma bu yaddaşı yaşadaraq gələcək nəsillərə olduğu kimi çatdırmaq missiyasını yerinə yetirən isə bu il 20 illiyini qeyd etməyə hazırlaşan “Muğam” televiziya müsabiqəsidir. Bu müsabiqə neçə-neçə Kənan Novruzov kimi ifaçının yolunu işıqlandırdı, onları böyük səhnələrə gətirdi, kütləvi tamaşaçı alqışına qərq etdi. Bu il müsabiqə 9-cü dəfədir ki, təşkil olunur. Artıq yarışma yekunlaşmaq üzrədir. Müsabiqənin finalçılarından olan Kənan Novruzovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

-Sənət yoluna necə başladın? İlk müəllimlərin və musiqi təhsilin barədə danışardın.

-Sənət yolum erkən yaşlardan başlayıb. İlk müəllimlərim Marif Məmmədov və Natəvan İbrahimli olub. 2007-ci ildə 1 nömrəli Uşaq Musiqi Məktəbində təhsil almağa başladım. Mərhum sənətkarlarımız Nəzakət Məmmədova və Teymur Mustafayevin ifasında səslənən məşhur “Ay qız” duetini eşidəndən sonra bu sənətə könüldən bağlandım. 2012-ci ildə ilk dəfə Xan Şuşinski adına muğam müsabiqəsinə qatıldım və orada 2-ci yerə layiq görüldüm. Bu uğur mənim üçün həm böyük qürur, həm də gələcək fəaliyyətimdə mühüm stimul oldu. Daha sonra 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə (Asəf Zeynallı adına Musiqi Məktəbi) daxil oldum. Orada bir il tanınmış xanəndə Qəzənfər Abbasovdan, daha sonra isə Xalq artisti Mənsum İbrahimovdan dərs aldım.

Təhsilimi mükəmməlləşdirmək, daha ali səviyyəyə qaldırmaq üçün 2022-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olundum. Hazırda dördüncü kurs tələbəsiyəm və Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəyimxanım Vəliyevadan sənətin sirlərini öyrənirəm. “Muğam” televiziya müsabiqəsinə hazırlıq mərhələsində də Bəyimxanım müəllimənin misilsiz zəhməti olub. Onun dəstəyi və tövsiyələri mənim sənət yolumda çox böyük önəm daşıyır.

-“Muğam” televiziya müsabiqəsinin finalçısı kimi təəssüratlarını oxucularla bölüşərdin...

-Əvvəlcə bu müsabiqəyə dəstək verən Heydər Əliyev Fonduna minnətdarlığımı bildirmək istəyirəm. Bu müsabiqənin keçirilməsi Azərbaycan mədəniyyətinə, xüsusilə də muğam sənətinə göstərilən böyük qayğının bariz nümunəsidir. Sənətdə ilk addımlarını atan bizim kimi gənc ifaçılara belə bir imkanların yaradılması həm böyük şans, həm də gələcək fəaliyyətimizdə dayaq nöqtəsidir.

“Muğam” televiziya müsabiqəsi mənim sənət yolumda yeni uğurla imza atmağım üçün bir başlanğıc oldu. Respublika üzrə 500 iştirakçı arasından seçilərək ilk iyirmiliyə düşmək çox qürurverici hissdir. Bu, hər bir xanəndənin həyatında yaddaqalan və böyük məsuliyyət tələb edən hadisədir.

Üç ay ərzində böyük ustadların qarşısında imtahan vermək, onların diqqət və dəyərləndirməsini qazanmaq mənim üçün həm məktəb oldu, həm də özümə inam hissi yaratdı. Bu gün artıq final mərhələsindəyik və bu uğur mənim sənət yolumda yeni bir səhifənin başlanğıcıdır. Yarışmanın gedişində hər bir iştirakçı öz istedadı və zəhməti ilə fərqlənməyə çalışıb. Fürsətdən istifadə edərək bütün iştirakçılara uğurlar arzulayıram.

-Müsabiqə boyunca sənin üçün ən yaddaqalan an hansıdır?

- Hər ifa, hər çıxış mənim üçün xüsusi idi. Amma ən təsirli və ömür boyu unudulmaz olan məqam dəyərli münsiflərimizin ifamı dəyərləndirərkən səsimi köhnə xanəndələrin səsinə bənzətmələri oldu. Bu, mənim üçün sadəcə bir kompliment deyil, böyük bir etimad və məsuliyyətdir. Çünki muğam sənətində ən uca zirvəyə yüksəlmiş ustadların səsinə, avazına yaxın görülmək, onların səs çalarlarını, sənət nəfəsini xatırlatmaq hər bir gənc xanəndənin ən böyük arzularından biridir. Bu sözlər yaddaşıma həkk olundu və mənə çox böyük güc verdi.

Münsiflərin bu dəyərləndirməsi bir növ sənət yolumda yol xəritəsi oldu. Bu, həm də üzərimə daha böyük məsuliyyət qoyur. Bu etimadı doğrultmaq, ustadların yaratdığı ənənələri, tarixi muğam məktəbini qorumaq və gələcək nəsillərə çatdırmaq üçün böyük səylə çalışmalıyam. Səsimi və ifamı daha da mükəmməlləşdirmək, xalqımıza və muğamsevərlərə layiqli sənət nümunələri təqdim etmək üçün hələ üzərimdə çox çalışmalıyam.

-Səni həm də “Kənan Dəva” adı ilə təqdim edirlər. Bu təxəllüsün tarixçəsini oxucularla bölüşərdin.

-Bunun unudulmaz tarixi var. Belə ki, sənət yolumda bir gün çox gözəl, tarixi bir hadisə baş verdi. Muğamımızın bənzərsiz ifaçısı, unudulmaz sənətkarımız, böyü ustadımız Arif Babayevi ziyarətə getmişdik. Arif müəllimin bir mahnısını oxudum və oxuyub qurtardıqdan sonra əli ilə mənə işarə edərək ustadım Bəyimxanım Vəliyevadan adımı soruşdu. Müəlliməm bildirdi ki, adı Kənandır. Arif müəllim dedi: "Sənin şirin səsin, noxudu zəngulələrin çox xoşuma gəldi. Səsin, avazın mənə köhnə dəyərli xanəndələri xatırlatdı, sanki onlar kimi oxuyursan. Sənə Dəva deyərəm - Kənan Dəva”. Bu bənzətmə və təxəllüs çox xoşuma gəldi. Elə o görüşdən sonra yanımızda olanlar, eşidənlər-bilənlər başladılar məni böyük ustadın dediyi kimi çağırmağa. Bu ad mənə Arif Babayevdən dəyərli bir mirasdır, gərək elə oxuyam ki, mən də səsimlə könüllərə dəva olam.

-Musiqinin hansı janrını özünə daha yaxın hesab edirsən?

-Mənim sənətimdə muğam xüsusi yer tutur, çünki muğam xalqımızın ruhunu, milli dəyərlərimizi yaşadan ən uca zirvədir. Amma bununla yanaşı, vokal musiqisi və aşıq sənəti də mənə çox doğmadır. Vokalda səsinin bütün imkanları özünün göstərir, bu da bir ifaçı kimi məni çox cəlb edir.

Aşıq sənətinə isə uşaqlıqdan xüsusi sevgim olub. Onun lirizmi, xalq ruhunu daşıması, dastanlarımızdan, qədim tariximizdən qaynaqlanması məni çox təsirləndirir. Hər iki janrın özündə olan səmimiyyət və dərinlik ifaçının qəlbindən tamaşaçıya gedən bir körpü yaradır. Ona görə də deyə bilərəm ki, muğam mənim sənətimin əsas dayağıdır, amma vokal və aşıq sənəti də mənim ruhuma çox yaxındır.

-Muğama nə vaxt könül verdin, onu necə dərk etdin?

-Muğama uşaqlıqdan marağım olub. İlk dəfə mərhum sənətkarlarımızın ifasında muğam dinləyəndə onun dərinliyi və təsiri məni dərhal cəlb edib. O vaxtdan etibarən muğam mənim üçün sadəcə musiqi deyil, həm də bir hiss, bir duyğu, bir həyat tərzi olub. Zaman keçdikcə muğamın melodiyalarını, ritmlərini və ifadə imkanlarını daha yaxşı anlamağa başladım. Hər bir parçanın öz hekayəsi, öz ruhu var və onu ifa etmək həm məsuliyyət, həm də böyük sevincdir. Muğam mənə həm öz səsimi inkişaf etdirmək, həm də xalqımızın musiqi ənənəsini qorumaq imkanı verir.

-Daha çox hansı xanəndələrin üslubundan bəhrələnmisən?

-Mən bir çox ustad xanəndələrin üslubundan bəhrələnmişəm. Ağaxan Abdullayev, Səxavət Məmmədov, Rübabə Muradova, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Arif Babayev, Əlibaba Məmmədov və digər görkəmli sənətkarlarımızın ifa tərzi mənim üçün böyük ilham mənbəyidir. Onların hər biri muğamın müxtəlif üslublarını mənimsəməkdə və səhnədə özünü ifadə etməkdə mənə nümunə olub.

Ustadım Bəyimxanım Vəliyevanın tövsiyələri, səhnədə davranış qaydaları və ifa texnikaları mənim musiqi inkişafımda əvəzsiz rol oynayır. Eyni zamanda, Səkinə İsmayılovanın ifa tərzindən də bəhrələnmişəm, onun ifaları mənə yeni yanaşmalar və ilham verir.

Bu xanəndələrin ifa tərzi mənim üçün yol göstəricidir. Onların üslubundan bəhrələnərək öz səsimi və ifa tərzimi inkişaf etdirirəm, muğam sənətini daha dərindən dərk etməyə çalışıram.

-Repertuarında əsasən hansı mahnılar üstünlük təşkil edir?

-Hazırda repertuarımda bir çox xalq mahnıları və təsniflər yer alır. Xüsusilə Dədə Şəmşirin sözlərinə bəstələnmiş “Ay qız” mahnısı, eləcə də “Uca dağlar”, “Söylə” kimi mahnılar mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, “Şahnaz” və “Humayun” kimi klassik muğam təsniflərini də repertuarımda yer alır.

Sözsüz ki, repertuarımda həm klassik muğam nümunələri, həm də xalq mahnıları var və bu, mənə həm ifa üslubumu zənginləşdirmək, həm də tamaşaçıya müxtəlif duyğulu anlar yaşatmaq imkanı verir. Bu mahnı və təsniflər səhnədə özümü daha yaxşı ifadə etməyimə imkan yaradır.

-“Muğam” televiziya müsabiqəsindən sonra fəaliyyətini necə davam edirmək niyyətindəsən?

-Müsabiqəsindən sonra əsas məqsədim sənətimi daha geniş auditoriyaya çatdırmaq və musiqi yolumu davam etdirməkdir. Artıq müsabiqədə qazandığım təcrübə və ustadlarımızın verdiyi tövsiyələr mənim üçün qiymətli bir təməl oldu. İndi bu təməl üzərində daha çox işləyərək səhnə təcrübəmi artırmaq, müxtəlif konsertlərdə iştirak etmək və həm ölkə daxilində, həm də xaricdə ifalarımla Azərbaycan muğamını, musiqisini tanıtmaq niyyətindəyəm. Eyni zamanda, müsabiqədən əldə etdiyim uğur mənim üçün yeni yaradıcılıq layihələrinin başlanğıcıdır. Planlarım arasında solo proqramlar hazırlamaq, muğamla bağlı müxtəlif repertuarı təqdim etmək və ifa üslubumu daha da zənginləşdirmək var.

Müsabiqə həm də bir daha göstərdi ki, hər bir uğur davamlı zəhmət tələb edir. Ona görə də, öz üzərimdə işləməyi, yeni texnikalar öyrənməyi və ifalarımı peşəkar səviyyəyə qaldırmağı əsas məqsədim kimi görürəm. Hər yeni layihə, hər ifa mənim üçün həm öyrənmək, həm də muğamın dərinliyini tamaşaçıya çatdırmaq fürsətidir.

Arzum odur ki, xalqımızın bu zəngin musiqi irsini dünya səhnəsində tanınsın və sevilsin. Bununla yanaşı, beynəlxalq müsabiqələrdə iştirak edərək Azərbaycan muğamını daha geniş auditoriyalara çatdırmaq istəyirəm. Eyni zamanda, Şərqin böyük bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Leyli və Məcnun” operasında Məcnun rolunu oynamaq mənim böyük arzularımdandır. Bu rol mənim üçün həm sənət baxımından böyük bir sınaq, həm də musiqi yolumda yeni zirvələrə çatmaq imkanı deməkdir.

Gələcəkdə həm solo ifalarla, həm də operada sənətimi daha da inkişaf etdirmək və xalqımıza layiqli sənət nümunələri təqdim etmək niyyətindəyəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see219

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see140

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri