Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Siyasi səhnənin iştirakçıları dəyişir...

Siyasi səhnənin iştirakçıları dəyişir...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyada sosial demokratlar zəifləyib, sağçılar isə ilk dəfə ikinci olub

Merkeldən sonra CDU/CSU ilk dəfə qələbə qazanıb

Fevralın 23-də Almaniyada parlament seçkiləri keçirildi. Qeyd edək ki, Almaniya 299 birmandatlı seçki dairəsinə bölünür və hər bir seçici Bundestaq üçün konkret namizədə səs verməlidir. Səslərin 5 faizdən çoxunu toplayan partiyalar federal ştatlarda tərtib edilmiş partiya siyahıları əsasında parlament fraksiyaları yaradırlar. Hazırkı seçkilər ilk dəfə olaraq yeni qanuna əsasən keçirilib: parlamentdəki yerlərin sayı 733-dən 630-a endirilib. Parlamentdə proporsional partiya təmsilçiliyi hüququ yenə də namizədləri ən azı üç birmandatlı seçki dairəsində qalib gələ bilmiş partiyalara verilir. Səsvermədə təxminən 59,2 milyon alman seçicisi iştirak edib. Son seçkilərin nəticələrinə görə isə,  XXI əsrdə cəmisi iki dəfə (Şröder və Şolts) hökumət quran sosial demokratlar estafeti yenidən xristian demokratlara “təhvil verir”.

35 ildə ilk dəfə...

1990-cı ildən bu yana ən böyük seçici fəallığının qeydə alındığı (84 faiz) seçkidə Xristian Demokrat İttifaqı və Xristian Sosial Birliyinin (CDU/CSU) müxalifət bloku 299 seçki dairəsinin hamısında səslərin hesablanmasından sonra Almaniyada keçirilən parlament seçkilərində birinci yeri tutub və qalib elan edilib. Qeyd edək ki, Almaniya parlamentinə beş partiya daxil olub - CDU/CSU birinci yerdə olduğu üçün partiya lideri Mertzin kansler olacağı dəqiqləşib. İkinci yerdə isə heç bir partiya ilə əməkdaşlığı “hədəfləməyən” AfD-dir. Şoltsun partiyası səsvermələrdə üçüncü olub. Faiz nisbətlərinə gəldikdə, ilk yeri tutan CDU/CSU təxminən 29 faizə qədər, ikinci yeri tutan AfD 20,8 faiz, üçüncü yeri tutan sosial demokratlar isə 16,4 faiz səs yığıb. Parlamentə isə 5 partiya “düşüb”. 5 faizlik səs baryerini SPD ilə “işıqfor” koalisiyasını (birliklərin rənglərinə görə) yaratmış Yaşıllar Partiyası (11,6 faiz) və Sol Partiya (8,8 faiz) keçə bilib. “İşıqforun” üçüncü “rəngi” Azad Demokrat Partiyasıdır (FDP) 4,3 faizlə kənarda qalıb.  Yeni kansler Fridrix Mertz Pasxa bayramına qədər, yəni aprelin 20-dək hökumət qurmaq niyyətində olduğunu açıqlayıb. Şoltz onu qələbə münasibətilə təbrik edib və səsvermənin nəticəsini partiyası üçün “acı” məğlubiyyət adlandırıb.

Mertz “hakimiyyət qurmaq” üçün əməkdaşlıq etməlidir...

CDU/CSU 14 milyon 158 min 432 səs alaraq cəmisi 208 yer qazanıb. İkinci yeri tutmuş AfD isə 10 milyon 327 min 148 səsin müqabilində parlamentdə 152 deputatla təmsil olunacaq. “Köhnə hakimiyyət” olan SPD isə “oturacaqların” cəmisi 120-ni əldə edə bilib. Şoltzun partiyasına 8 milyon 148 min 284 şəxs səs verib. Keçmiş XİN başçısı Berbokdan sonra partiyasının lideri olan Robert Habekin başçılığı ilə “Yaşıllar” 5 milyon 761 min 476 səslə 85, Sol Partiya isə 4 milyon 355 min 382 səslə 64 yer qazanıb.

Birinci yerdə olmasına baxmayaraq, CDU/CSU Bundestaqda müstəqil səs çoxluğu əldə edə bilməyib - bunun üçün 630 yerdən 316-nın qazanılması gərəkir. Üzərində “əməkdaşlıq tabusu” gəzdirən AfD isə Almaniya parlamentində ikinci ən böyük fraksiyadır. Mertz yeni hakim komandanı formalaşdırmaq üçün mütləq şəkildə koalisiyaya getməlidir - CDU/CSU isə ikinci yeri tutmuş ifrat sağçılarla koalisiya yaratmayacağını təsdiqləyib. Hələ ki, Şoltsun qrupu yeni “iqtidar” üçün ən məqbul əməkdaş sayılsa da, hələlik bununla bağlı dəqiq fikir yoxdur. Qeyd edək ki, Bundestaqda yeni kanslerlə bağlı səsvermə yalnız hakim koalisiya qurulduqdan sonra keçiriləcək.

Veydel keçmiş ADR-də daha populyardır...

Qeyd edək ki, AfD-nin kanslerliyə namizədi Alisa Veydel partiyasının qələbəsini “tarixi uğur” adlandırıb və koalisiya yaratmaq məsələsini müzakirə etməyə hazır olduğunu bildirib. Səsvermənin nəticələrindən göründüyü kimi, radikal sağçı partiyalar keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ərazisində tərkibində olan dövlətlər tərəfindən fəal şəkildə dəstəklənib: Türingiyada AfD demək olar ki, 39 faiz, Saksoniya və Saksoniya-Anhaltda - 37 faiz, Meklenburqda - 35 faiz, Brandenburqda - 32 faizdən çox səs toplayıb.

Xatırladaq ki, AfD ciddi miqrasiya siyasətinin tərəfdarıdır. Qrup həm də Avropa İttifaqının yeni standartlara əsaslanmasını tələb edir - hətta bu islahat uğursuz olacağı təqdirdə sağçılar Almaniyanın Aİ-dən çıxması üçün səsvermə belə tələb edəcək. Eyni zamanda partiya həm də atom elektrik stansiyalarının bərpasının, Rusiya ilə münasibətlərə yenidən baxılmasının tərəfdarıdır. “Köhnə  koalisiya” məhz iqtisadi siyasətdə razılığa gələ bilmədiyi üçün dağıldı - Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniya iki ildir ki, inkişaf etmir...

ABŞ radikal sağçıları dəstəkləyir?

Vurğulandığı kimi, sağçıların mühüm irəliləyiş əldə etdiyi indiki halda miqrasiya və təhlükəsizlik məsələsi ön plana çıxır. Xatırladaq ki, son dövrlərdə Almaniyada miqrasiya təmayüllü kriminal hadisələrin sayı artıb. 2024-cü ilin may ayından bəri Almaniyada 5 ölümcül hücum qeydə alınıb - hər beş halda şübhəlilərin miqrasiya keçmişi mövcud olub. Seçkilər ərəfəsində, şənbə günü daha bir hücum baş verib: bir nəfər (polisin dediyinə görə, suriyalı) Holokost abidəsində turisti bıçaqlayıb.

Mertz isə Almaniya iqtisadiyyatını bərpa edəcəyini, miqrasiyanı məhdudlaşdıracağını, vergiləri və sosial təminat xərclərini azaldacağını və Ukraynaya dəstəyi artıracağını vəd edir. Maraqlıdır ki, ABŞ prezidenti Donald Trampın yaxın adamı İlon Mask açıq şəkildə AfD-ni dəstəklədiyini bildirib. Vitse-prezident J.D.Vans isə Münhendəki tarixi tənqidi çıxışından qısa müddət sonra Veydel ilə görüşüb. Bu isə, Mertzin kanslerlik yolunda ən mühüm təhlükələrdən xəbər verir...

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri