Icma.az
close
up
RU
Səhnənin və sədaqətin simvolu 80 illik yubileyini qeyd edən Elmira İsmayılovanın SƏNƏT HEKAYƏSİ

Səhnənin və sədaqətin simvolu 80 illik yubileyini qeyd edən Elmira İsmayılovanın SƏNƏT HEKAYƏSİ

Bizim media saytına istinadən Icma.az xəbər verir.

O sözün tam mənasında bir fədaidir. Söhbət Xalq artisti Elmira Məhərrəm qızı İsmayılovadan gedir. İnsan var ki, sənət fədaisidir, insan var ki, ailə fədaisidir, insan da var ki, Vətən üçün özünü fəda edir. Elmira xanım həm sənəti, həm ailəsi, həm də Vətəni üçün fədəkarlıqlar edib. Və bu gün Elmira xanımın 80 yaşı tamam olur. 
Teatra həsr olunan ömür
Nəzərə alaq ki, Elmira xanım pedaqoqdur. 1968-ci ildə İrəvan Pedaqoji İnstitutunu bitirib. Amma diplom alan kimi sinifə yox, teatr səhnəsinə yollanıb. Bundan sonrakı taleyini bu mədəniyyət beşiyinə bağlayıb. Ta ki, yaş senzinə görə teatrdan uzaqlaşana qədər... 
Ona görə Elmira xanıma sənət fədaisi deyirik ki, o yaradıcılığını yalnız bir teatra - C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına bağlayıb. Özü də adi bir aktrisa kimi. Halbuki onun da imkanı olub ki, digərləri kimi Bakıya gəlsin, mərkəzi teatr arenalarında çıxış etsin.
Amma bunu etməyib. Səbəbsə çox sadədir. Elmira xanım teatr ulduzu yox, teatr fədaisi olmaq istəyib.
İrəvan Dram Teatrının acı taleyi
Fikrimizin sübutu üçün bir neçə faktı bir daha yada salmaq istəyirik. Məlumdur ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı bütün zamanlarda Ermənistanda çətin şərtlər altında fəaliyyət göstərib. Erməni millətçiləri hər zaman teatrın birdəfəlik bağlanmasına çalışıblar. Buna gücləri çatmayanda isə teatrı sürgünə göndəriblər. 

İkinci Dünya Müharibəsindən sonra Ermənistanın siyasi rəhbərliyi Moskvanın razılığı ilə 250 mindən artıq soydaşımızı öz dədə-baba ocaqlarından deportasiya edib. Məhz bu kampaniya çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da İrəvandan çıxarılıb. Ancaq fədəkar insanlar sayəsində Teatr qorunub saxlanılıb. 
1948-ci ildə Teatr bir il Göyçədə fəaliyyət göstərib. Uzun və davamlı mübarizədən sonra Teatr yenidən İrəvan qayıdıb. Amma sonrakı 40 ildə Teatrın yolu heç də rahat olmayıb. 
Elmira İsmayılovanın fəaliyyətinə necə əngəl törədilirdi?
Bu bardə xatirələrini danışan Elmira İsmayılova deyir ki, uzun illər teatrın normal binası olmayıb:
“Bir müddət teatrı İrəvanda bir mədəniyyət evində yerləşirdik. İkinci maneə o idi ki, bizim bir tamaşamız azca zəif olsaydı, o dəqiqə ləğv edirdilər. Teatrda işləyənlərə daimi yaşayış üçün ev, fəxri ad vermirdilər. Yəni ermənilər hər vasitə ilə çalışırdılar ki, Teatrın bağlanmasına nail olsunlar”.
Məhz bu səbəbdən Teatrın kollektivi böyük fədəkarlıq göstərərək ermənilərə heç bir fürsət vermədilər. Etiraf etməliyik ki, ötən əsrin 70-80-ci illərində bu Teatr Azərbaycanın teatr aləmində barmaqla göstərilən və güclü repertuara və truppaya malik bir məbəd idi. Bu məbədin cəfakeşlərindən biri də Elmira xanım idi. Bütün həyatını bu teatra bağlasa da, o heç zaman fəxri ad və kreslo düşkünü olmadı. Bütün fəaliyyəti boyu sıravi aktrisa kimi çalışdı. Teatrın İrəvanda qalıb, möhkəmlənməsinə öz töhfəsini verdi.
Bu fədəkarlıq deyil, bəs nədir?
Elmira xanımın daha bir fədəkarlığı isə 1988-ci ildə oldu. Elmira xanım həmin günləri belə xatırlayır:
“Ermənilər istəyirdilər ki, bu tarixi Teatr bağlansın. Sonda buna nail oldular. 1988-ci ildə deportasiya olunduq, Azərbaycan gəldik. Burda da kollektivin üzvləri hərə bir yana dağılmışdı. Həyat yoldaşım aktyor Vidadi Əliyevlə kollektivi çətinliklə də olsa bir yerə yığdıq. Və nə qədər qəribə olsa da Teatr düz 5 il özünümaliyyələşdirmə ilə fəaliyyət göstərdi. 
O zaman bizim məqsədimiz dolanışıq yox Teatrı yaşatmaq idi. Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələndən sonra İrəvan teatrına dövlət statusu verildi. O vaxta kimi bizə heç kim yiyə durmurdu”.
Bu isə əsl vətənpərvərlik, fədailik nümunəsidir. 
Cəfakeş ana, gözəl həyat yoldaşı
Tale elə gətirib ki, Elmira İsmayılova gələcək həyat yoldaşını da İrəvan Dövlət Azərbaycan Dram Teatrında tapıb. Teatra gəldiyi ilk gündən aktyor Vidadi Əliyevi özünə heyran buraxıb. Qısa zaman sonra cütlük ailə qurub. İrəvanda yaşayıb işlədikləri son 20 ildə Elmira xanım Vidadi Əliyevə təkcə sədaqətli həyat yoldaşı olmayıb, həm də onun ən yaxın silahdaşı olub. Gecə-gündüz evdə və işdə söhbət ancaq teatrın qayğıları olub. 
Nəzərə alaq ki, Vidadi Əliyev uzun müddət İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru və bədii rəhbəri olub. Bununla belə Elmira xanım həyat yoldaşının statusundan istifadə etməyib, “ailə teatrı” qurmayıb. Hətta hər zaman teatrın tamaşaların baş qəhrəmanı olan Vidadi Əliyevin tərəf müqabili olmaq iddiasını da ortaya qoymayıb.

Əksinə o teatr sevgisi ilə böyüyən bir ailənin qurucusu olub. Teatr, incəsənət sevgisi evdə böyüyən iki övladın - Oqtayla, Elçinin həyat yolunu da müəyyən edib. Üstəlik, gələcəyin sevilən aktrisası Dilarə Əliyeva da bu evə gəlin gəlib. Amma Elmira xanım heç zaman Dilarəyə qaynanalıq etməyib. O, müsahibələrinin birində deyib ki, Dilarə xanım çox gözəl aktrisadır:
“Əgər onun istedadlı aktrisa olduğunu bilməsəydim, evdə əməlli-başlı mübarizə aparıb onun teatra qayıtmasına çalışmazdım. Yoldaşı onun işləməyini istəmirdi. Amma mən dedim ki, bu cür aktrisanı evdə saxlamaq olmaz. Və mənim təkidimlə Dilarə əvvəlcə bizim teatrda fəaliyyət göstərdi, sonra televiziyaya keçdi”.
Bir sözlə Əliyevlər ailəsi məhz Elmira xanımın fədəkarlığı hesabına bir incəsənət cameəsinə çevrilib. Hazırkı teatr, kino və televiziya aləmində bu ailənin xüsusi payı var. 
Təmtəraqsız yubiley - fədakar ömrün 80-ci zirvəsi
Bütün bunlara rəğmən fədakar insan 80 illik yubileyini bu gün təmtəraqsız, sadə şəkidə qeyd edir. Bu gün onun ətrafında sevdiyi ailəsi və yaxın dostları, bir də qəlbində 60 illik teatr xatirələri var. 

Buna görə də özünü xoşbəxt sayan fədəkar insan xidmətlərini yada saldırmır, kimlərəsə nələrisə xatırlatmır. Buna heç ehtiyac da duymur. Axı bu həyat yolunu o özü seçib. Seçdiyi yolda etdiyi fədakarlıqlar üçün də heç zaman nəsə ummayıb, gözləməyib. Bunu fədakar aktrisa, fədakar ailə başçısı və Vətən fədaisi olduğu üçün edib. 
Biz də Bizim.Media kollektivi olaraq Xalq artisti Elmira İsmayılovanı 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və ən xoş diləklərimizi yetiririk.


Hörmətlə, Surxay Atakişiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri