Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Səhnənin səssiz gülüşü Şahanə Müşfiq yazır

Səhnənin səssiz gülüşü Şahanə Müşfiq yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Hər teatrın özünəməxsus nəfəsi, ruhu, zaman içində qazanılmış səssiz qəhrəmanları olur. Onların adları nə afişalarda ən ön sırada yazılır, nə də özləri qalmaqallı çıxışlarla gündəmə gəlirlər. Heç adları qulaqbatıran titullar, təltiflər paylananda da çox zaman yada düşmürlər. Amma səhnə pərdəsi aralandıqda, zalın işığı sönüb tamaşa başlayanda səhnə həm də o səssiz qəhrəmanların varlığı, istedadı, peşəkarlığı ilə canlanır, daha işıqlı, daha unudulmaz şəkil alır. Haqqında söhbət açacağımız Möylə Mirzəliyev də məhz belə sənətkarlardan idi - teatrın səssiz nəfəsi, görünməyən dayağı, illərlə səhnədə var olan, amma səsi, qışqırtılı iddiaları ilə deyil, istedadı, peşəkarlığı ilə seçilən aktyor...

Mən Möylə Mirzəliyevi illər əvvəl Akademik Musiqili Teatrın səhnəsində məşhur "Toya bir gün qalmış" tamaşası ilə özüm üçün kəşf etmişdim. Əli Səmədlinin bu ikihissəli komediyası daha çox baş rolun ifaçısı Xalq artisti Afaq Bəşirqızıya görə yadda qalsa da, ümumilikdə aktyor heyəti peşəkar, sevilən sənətkarlarımızdan ibarət idi. O cümlədən, Qayınata rolunu böyük məharətlə ifa edən mərhum aktyor Möylə Mirzəliyev irihəcmli tamaşanın müəyyən hissəsində rol alsa da, çevik hərəkətləri, dinamik oyunu və unudulmaz replikaları ilə yaddaşımda qalmağı bacarmışdı.

Bundan əvvəl isə onu dəfələrlə televiziya tamaşalarında izləmək şansım olmuşdu. Məsələn, onun E.Sabitoğlu və T.Vəliyevanın məşhur "Bankir adaxlı" tamaşasındakı zərgər obrazını kim unudar ki?!

Sonralar aktyoru Musiqili Teatrın səhnəsində çox gördüm, ifalarına şahid oldum və bir daha özlüyümdə yəqinləşdirdim ki, teatr təkcə 1-2 görünən sima ilə var ola bilməz. Teatrı teatr edən onun bütövlükdə - ən kiçiyindən ən böyüyünə qədər - yaradıcı heyəti, bəzən isə elə o kiçik rolları ilə səhnədə qısa, yaddaşlarda uzunmüddətli iz qoyan səssiz qəhrəmanlarıdır.

lll

Möylə Mirzəliyev 1959-cu ilin payızında - 24 oktyabrda Qərbi Azərbaycanın Ləmbəli kəndində dünyaya göz açmışdı. Uşaqlığı səssiz, sadə, amma müşahidə ilə dolu keçmişdi. Elə həmin müşahidələr gələcəkdə onun səhnədə yaratdığı sadə, təbii, bəzən komik, bəzən kədərli obrazların əsasını qoyacaqdı. Məktəb illərində müəllimlərinin diqqətini çəkən bu uşaqda onu digərlərindən fərqləndirən bir istedad vardı - özü o istedaddan xəbərsiz olsa da.

Səhnə onun üçün sonradan seçilən bir yol deyildi. Əslində, o, səhnəni yox, səhnə özü onu seçmişdi və durmadan özünə doğru çağırırdı. Tələbəlik illəri ovaxtkı M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçdi. 1980-ci ildə daxil olduğu "Musiqili komediya aktyoru" ixtisası Möylənin özünü tapdığı, var oluş səbəbini anladığı möcüzəvi yer idi. Universitetdə keçirdiyi illər onun sənətə olan sevgisini daha da gücləndirdi. Bu illərdəki təhsili, həm də gələcəkdəki sənət yolunun təməlini atmağa kömək etdi. O, səsi, bədən dili, mimikası ilə, sadəcə danışıqla deyil, bircə baxışla belə obraz qurmağı, müəllimlərinin ondan tələb etdiyi bütün situasiyaları ən yüksək şəkildə canlandırmağı bacarırdı. Onun bu bacarığına illər sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində yüzlərlə, minlərlə tamaşaçı dəfələrlə şahid oldu.

Möylə Mirzəliyevin teatr dünyasında ilk addımları 1985-ci ilə təsadüf edir. O, M.F.Axundov adına Opera və Balet Teatrında xor artisti olaraq fəaliyyətə başlayıb. Bu, onun sənət yolunda vacib bir mərhələ oldu. Çünki o zamanlar səhnə təcrübəsi olan, amma adını müstəqil şəkildə tanıtmağa çalışan bir aktyor üçün bu fürsət çox qiymətli idi. Opera və Balet Teatrında keçirdiyi illər Möylə Mirzəliyevin səsinin, ritm hissinin və teatral bacarıqlarının inkişaf etməsi üçün vacib təcrübə qazanmasına şərait yaratdı. Xorun kollektiv bütünlüyü onun üçün yad deyildi, çünki onun tək amalı sənətə layiqincə qulluq etmək idi, istər fərdi şəkildə, istərsə də, kollektivlə birlikdə.

Lakin onun üçün əsl sənət yolları 1992-ci ildən Musiqili Teatrda aktyor kimi fəaliyyətə başlaması ilə açıldı. Bu dövr, onun karyerasında ən önəmli mərhələlərdən biri idi. Burada o, otuz ildən çox fəaliyyət göstərdi və ömrünün yarıdan çoxunu səhnəyə, Azərbaycan teatr sənətinə bağışladı. Həmkarları tərəfindən qeyd edilən ən mühüm xüsusiyyəti onun səhnəyə olan təvazökar yanaşması və çoxşaxəli rol bacarıqları idi. Onun böyük ustalıqla canlandırdığı onlarla rol var ki, təkcə teatrın arxivində deyil, eləcə də teatrsevərlərin, incəsənət həvəskarlarının yaddaşında yaşayır.

O, ömrü boyunca nə "ulduz" olmaq üçün çalışdı, nə də səhnəni şəxsi ambisiyalarına qurban vermək haqda düşündü. Möylə Mirzəliyev üçün teatr həyatın davamı idi. Bu həyat nə qədər realdırsa, səhnədəki obrazları da bir o qədər gerçək olurdu.

Onun həm komediya, həm də dram janrında yaratdığı onlarla obraz çox sayda tamaşaçı tərəfindən sevildi, rəğbət gördü. "Özümüz bilərik"də Səftər, "5 manatlıq gəlin"də Nadir, Tahir, "Qızıl toy"da Rəhim, "Hərənin öz ulduzu"nda Şöhrət, "Əlin cibində olsun"da Qəşəm, "Volqalı canan"da Müqəddəsov, "Aldın payını, çağır dayını"da Məlik, "Talelər qovuşanda"da Balaş, "Şəhərdə manyak var"da Dursunsoy, "İddialı qaraçı"da Estraqon, "Evlənmə"də Starikov, "Ər və arvad"da Kəblə Qubad, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Molla Nəsrəddinin beş arvadı"nda Qulam və daha neçə obraz onun səhnə həyatının qiymətli məqamları kimi bu günə qədər də teatrsevərlərin yaddaşında qalmaqdadır.

M.Mirzəliyevin yaratdığı obrazların bir ortaq cəhət vardı: səmimilik. Onun ifasında saxta pafos yox idi, hansısa mimikası, replikası, ya da adicə baxışı, duruşu ilə gülüş doğurmağı bacarırdı. Tamaşaçı onun obrazlarında özünü görürdü, kənddəki bənzərsizlikləri, şəhərdəki xırda dramatizmləri, ailə münaqişələrinin yumorlu tərəflərini bir daha səhnədə kəşf edir və düşünürdü. Onun oyun tərzi sadə, amma təsirli idi. Bu təsir isə illərlə unudulmurdu.

Ən maraqlısı budur ki, o, səhnədə bəzən baş rollarda görünməsə də, əsərin taleyini həll edən ikinci və ya üçüncü planlı obrazlarda belə tamaşaya öz damğasını vurmağı, yaddaşlarda qalmağı yaxşı bacarırdı. Çünki Möylə Mirzəliyev səhnəyə "mən bu rolu oynamalıyam" düşüncəsi ilə deyil, "bu obraz nə demək istəyir?" sualı ilə çıxırdı. Ona görə də aktyorun hər çıxışı həm rola, həm də sənətə olan hörmətinin təcəssümü idi.

Əslində, onun sənətə olan münasibəti öz insani keyfiyyətləri ilə də sıx bağlı idi. Uzun illər onunla birgə çiyin-çiyinə işləyən, bir səhnəni bölüşən həmkarları deyirlər ki, Möylə Mirzəliyev heç zaman ön cərgədə dayanmaq, önə çıxmaq arzusunda olmazdı, özünü irəli atmağı xoşlamazdı. O, həmkarlarını hər zaman dəstəkləyir, səhnə arxasında yaranan çətinlikləri gülüşlə yüngülləşdirirdi. Aktyor karyerası boyunca heç vaxt "ulduz" olmaq kimi bir məqsəd güdməyib, əksinə, sadə və səbrli bir insan olaraq qalmağı seçib. Onun üçün hər şeydən mühüm olan oynadığı rol və təqdim olunan tamaşanın yüksək keyfiyyəti idi.

Möylə Mirzəliyev uşaq tamaşalarında da eyni həvəslə, şövqlə iştirak edər, balaca teatrsevərlərin ürəyinə yol tapmağı bacarardı. "Buratino" nağıl-tamaşasındakı Karabas Barabas obrazı, uzun illərdir, uşaqların çox sevdiyi və unutmadığı obrazlardan biri kimi xatırlanır. O hər dəfə səhnədə ikən uşaqların reaksiyasını izləyər, onları qorxutmadan güldürər, düşündürərdi. Səhnədə uşaqla uşaq olan aktyor, tamaşaçının yaşı neçə olursa-olsun, öz obrazını ona ən yaxşı şəkildə təqdim etməyi yaxşı bacarardı ki, elə aktyor kimi də, fikrimcə, əsas üstünlüklərindən biri məhz bu idi.

Nə yazıq ki, ömür daha artığına imkan vermədi. Bu ilin aprel ayında onlarla obraz qəfildən yetim qaldı, Azərbaycan incəsənətinin bir yarpağı da öz budağından ayrılıb sonsuzluğa qarışdı. Möylə Mirzəliyevin bu qəfil gedişi təkcə bir teatrın yox, ümumilikdə Azərbaycan teatr sənətinin, aktyor məktəbinin ağır itkilərindən biri oldu. Çünki XX əsrin 90-cı illərində böyük bir məktəb keçərək səhnəyə qədəm qoyan mərhum sənətkar məhz o aktyor məktəbinin mahir davamçılarından biri idi. 

Əgər bu gün Azərbaycan Musiqili Teatrı canlı bir yaddaş, zəngin salnamədirsə, Möylə Mirzəliyev də o yaddaşın, salnamənin səssiz, amma silinməz bir sətiridir. O, səhnəni özünün təvazökar məhəbbəti ilə sevən, rolunu reklam etmədən oynayan, tamaşaçını gülüşə alışdırmadan düşündürən bir aktyor idi. İncəsənət tarixində bu cür insanların sayı heç də çox deyil.

Teatr təkcə səhnədə yaşamır. O həm də insanların xatirəsində, onu sevənlərin yaddaşında əbədiyyətə çevrilir. Bəlkə də aktyorların, ümumən yaradıcı şəxsiyyətlərin ən böyük şansı da məhz budur: özündən sonra buraxdıqları izdə yaşamaq, yaratdıqlarında var olmaq. Bu gün pərdə arxasında onun səsi eşidilməsə də, səhnədə o yoxdursa da, onun yaratdığı obrazlar və tamaşaçı yaddaşında buraxdığı təbəssüm yaşamaqdadır. Hər bir teatr tamaşasında onun izləri hələ də hiss olunur. Şübhəsiz ki, Azərbaycan teatr sənəti var olduqca, bu tarixin önəmli səhifəsində Möylə Mirzəliyevin də adı yaşayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri