Şəhriyar 30 milyon büdcəsi olan yapon serialına çəkildi
Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.
Aktyor Şəhriyar Əbilov ölkə xaricində daha bir uğura imza atıb.
OLAY yazır ki, Şəhriyar bu dəfə Yaponiya istehsalı olan “ Vivant” serialına çəkilib.
Ekran işinin bir hissəsi Azərbaycanda, digər səhnələri isə ümumilikdə 10 ölkədə lentə alınıb.
Şəhriyar serialda agent obrazına həyat verib. İkinci sezonu təqdim edilən layihənin 30 milyon dollarlıq büdcəsi var.
Həmçinin Yaponiyada reytinq rekordu qıran serialdan sonra Əbilovun sosial media hesablarına yapon izləyicilərin axımı olub, ümumilikdə 5 min istifadəçi aktyoru izləməyə alıb.
Ekran işi Azərbaycanda Bakı Medi Mərkəzinin dəstəyi ilə çəkilib.
Baxış sayı:118
Bu xəbər 08 Oktyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















