Icma.az
close
up
RU
Şəki basketbol klubunun baş məşqçisi: Komandamız qələbəyə öyrəşdi, bundan sonra məğlubiyyətlə barışa bilmərik MÜSAHİBƏ

Şəki basketbol klubunun baş məşqçisi: Komandamız qələbəyə öyrəşdi, bundan sonra məğlubiyyətlə barışa bilmərik MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

"Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Basketbol Liqasının B qrupunda yer alan komandanız müntəzəm mövsümü 36 xalla lider kimi bitirdi. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- “Şəki”yə baş məşqçi təyin olunanda komanda aşağı pillələrdə yer alırdı. Amma biz burada keyfiyyetli heyət formalaşdırdıq. Mövsüm başlayanda qarşımıza hədəf olaraq pley-offa vəsiqə qazanmağa qoyduq. Bunu bacaracağımızı gözləmirdilər. Qrupda “Gəncə” və “Ordu” kimi iddialı kollektivlər olmasına baxmayaraq, yaxşı nəticəyə köklənmişdik. Hər həftə planlarımızı müəyyənləşdirir, hər oyuna ciddi şəkildə hazırlaşırdıq. Nəticədə qrupu birinci sırada tamamladıq. Məqsədimizə çatdığımız üçün çox xoşbəxtik.

- Klubda ötən mövsümlə müqayisədə nələri dəyişə bildiniz? Uğurunuzun əsas sirri nədir?

- Demək olar ki, sistemi dəyişdirdik. Daha aqressiv müdafiə üzərində işlədik. Oyunu rəqibin planlarını pozmaq üzərində qururuq. Təbii ki, heyətdə səviyyəli oyunçuların yer alması da önəmli nüansdır. Komandaya yaxşı basketbolçular cəlb etdik. İki kapıtanımız zədə və ailəvi səbəblər üzündən komandadan ayrıldı. Lakin digər oyunçular bu məsuliyyəti öz üzərilərində hiss etdilər və hər matça ciddi yanaşdılar.

- “Gəncə”də işlərinizin “Şəki”dəki kimi yaxşı alınmamasının səbəbini nədə görürsünüz?

- Düşünürəm ki, komandanın enerjisindən çox şey asılıdır. Orada da yaxşı transferlər həyata keçirmişdik. Bəzi basketbolçularımız şəhərə, liqaya uyğunlaşmaqda problemlər yaşadılar. Təəssüf ki, yerli oyunçu problemi ilə də üzləşdik. İki yerli oyunçumuz var idi, onlar da təcrübəsiz. Həmin basketbolçulardan faydalana bilmirdik. Amma bu mövsüm “Şəki”yə milli komandanın da üzvü olan Ercan Donatı transfer etdik. Onun bizə çox xeyri oldu. Kifayət qədər uzunboylu basketbolçudur. Komandanı elə şəkildə qurduq ki, “Gəncə”dən fərqli olaraq, adaptasiya baxımından hər hansı çətinliklə rastlaşmadıq. Düşünürəm ki, bu iki klubdakı işim arasındakı fərqlər bunlardır.

- “Şəki” ilə yanaşı, “Sabah”, “Neftçi” və “Naxçıvan” komandaları da pley-off mərhələsinə yüksəliblər. Bundan sonrakı şanslarınızı necə qiymətləndirirsiniz?

- İlk hədəfimizi reallaşdırdıq. Təbii ki, xəyallarımız var. Gedə biləcəyimiz yerə qədər irəliləyəcəyik. Bunun üçün mübarizə aparacağıq. Çünki komandamız qalibiyyətə çox öyrəşdi. Bundan sonra məğlubiyyətlə barışa bilmərik. Oynadığımız matçların 80 faizində rəqiblərimizi üstələmişik. Bu, basketbol üçün vacib göstəricidir. Artıq basketbolçularımız hər qarşılaşmaya qələbə ruhu ilə çıxırlar. Çox çətin olacağını bilirik. Digər rəqiblərimiz arasında büdcəsi bizdən daha yüksək olan kollektivlər var. Amma hər bir halda əlimizdən gələni edəcək, sona qədər mübarizə aparacağıq.

- Sizin də dediyiniz kimi, mövsümün əvvəlində heç kim “Şəki”ni liqada favorit hesab etmirdi. Sonra nə baş verdi ki, komanda belə uğurlu nəticələr qazandı?

- Açığı, bu nailiyyət bizi çox ruhlandırdı. Oyunçular üçün bir növ motivasiya oldu. Komandanın son iki ildə əldə etdiyi nəticələr ortadadır. Heç kim bizə şans vermirdi. Bu, bizi daha da həvəsləndirdi. Amma basketbol sürprizlərin olduğu idman növüdür. Əgər oyunçuları bir hədəfə kökləsəniz, onlarda uğur qazanacaqlarına dair inam yaratsanız, komanda ruhunu hiss etdirsəniz, nəticə də gələcək. Fikrimcə, həmin insanlara qələbələrimizlə cavabımızı vermişik.

- Nəticədən asılı olmayaraq, müqaviləniz bitdikdən sonra Şimal təmsilçisində qalıb-qalmayacağınıza qərar vermisiniz?

- İndidən nəyəsə qərar vermək üçün çox tezdir. Çünki peşəkar insanlarıq. Ötən il də müəyyən planlarımız var idi. Amma istədiyimiz kimi alınmadı. Sadəcə onu deyə bilərəm ki, bu ölkəni çox sevirəm. Bildiyiniz kimi, oğlum da Azərbaycan yığmasında çıxış edir. Hələ 18 yaşı var. O, bu yay U-18 turnirində mübarizə aparacaq. Burada qalıb ona dəstək olmaq istəyirəm. Bu ölkə ilə aramda sarsılmaz bir bağ var. Azərbaycanı öz ölkəmizdən, vətənimizdən ayırmırıq. Təbii ki, qalıb yaxşı işlər görməyə davam etmək istəyərəm. Hər bir məşqçi bunu arzulayar. Amma nəyin necə olacağını bilmirik. Yaşayıb görəcəyik.

- Artıq 1 ildən çoxdur Azərbaycandasınız. Bu müddət ərzində liqada inkişaf baxımından nələrinsə dəyişdiyini hiss etmisiniz?

- Liqada limitin "4+1" şəklində olması bizə daha baxımlı oyunların olduğunu göstərdi. Autsayderlər belə, lider komandalarla başabaş mübarizə apara bilirlər. Misal üçün, NTD qrupda aşağı pillədə yer almasına baxmayaraq, kubokun sahibi oldu. Bu il ötən mövsümdən fərqli olaraq, liqaya keyfiyyətli amerikalı basketbolçular gəldilər. Fərqli ölkələrdən mütəxəssislər gətirildi. Bu amillər çempionatın səviyyəsini artırdı. Bu sistem yerli oyunçulara sərf etməyə bilər. Amma onlar bu sayədə özlərini daha da təkmilləşdirəcəklər.

- Növbəti illərdə də karyeranızı Azərbaycanda davam etdirsəniz, ölkə basketbolunun inkişafı üçün irəli sürəcəyiniz hər hansı layihə olacaqmı?

- Bu il həmyerlim Turqay Zeytingözün gəlişindən sonra görülən işləri yüksək qiymətləndirirəm. Xüsusilə, U-12 liqasının yaradılması gözəl addım oldu. Türkiyədə də sistem belədir. Düşünürəm ki, əsas komandaların hər birinin aşağı yaş qrupları olmalıdır. Azyaşlı basketbolçuları addım-addım yetişdirmək lazımdır. Bu istiqamətdə görüləcək işlərə mən də öz töhfəmi vermək istərdim.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri