Icma.az
close
up
RU
Qarabağla oyundan sonra komandamız çox yaxşı reaksiya verdi MÜSAHİBƏ

Qarabağla oyundan sonra komandamız çox yaxşı reaksiya verdi MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Araz-Naxçıvan"ın qolkiperi Kristian Avram Sportal.az saytına müsahibə verib. Moldovalı qolkiper bu gün Misli Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri görüşdən gözləntilərini bölüşüb.

- Sonuncu dəfə üçüncü turdan təxirə salınmış matçda "Zirə"ni səfərdə məğlub etdiniz. Görüş sizin üçün necə alındı?

Çox yaxşı oyun oldu. Biz bilirdik ki, çox ağır, çətin oyun olacaq. Amma sona qədər mübarizə apardıq. Nəticədə qələbə qazandıq. Həqiqətən çox yaxşı idi.

- Bir müddət əvvəl "Zirə" ilə 1:1 bərabərə qalmışdınız. Bu dəfəki matç fərqli alındı, yoxsa oxşar görüşlər idi?

Hər iki görüş arasında çox müddət olmadı. Amma fərqli-fərqli oyunlar idi. Məncə, bu dəfəki görüşdə sanki sonluğu daha yaxşı gətirdik. Ona görə də sonda qələbə qazanmağı bacardıq. "Zirə"ni səfərdə məğlub etməyimiz bütün komandamızın əməyidir. Məşqlərdə etdiklərimizi oyunda tətbiq etməyi bacardıq. Ona görə də sonda qələbəni qazandıq.

- "Araz-Naxçıvan" çempionatda təkcə "Qarabağ"a məğlub olub, o da mövsümün ilk oyununda. Maraqlıdır, həmin məğlubiyyyətdən sonra komanda özündə necə güc tapdı?

Komandamız "Qarabağ"la görüşdən sonra yaxşı reaksiya verdi. Biz hamımız birlikdə irəliyə gedirik. Bu isə hamımız üçün çox vacibdir. Yaxşı komandamız var. Daim ən yaxşısını etməyə can atırıq. 

- "Sumqayıt"la görüş haqda fikrin necədir? Hansısa yorğunçuluğunuz olmayacaq?

- "Zirə" ilə matçdan sonra artıq "Sumqayıt"la oyuna hazırlaşdıq. Təbii ki, məşqçilər korpusu rəqib haqda bizə məlumatları verib. Bizim çox yaxşı və təcrübəli məşqçilər korpusumuz var. Onlar bizə qalib gəlmək üçün doğru yol tapmağımıza kömək olacaq.

- "Qarabağ"la aranızda cəmi bir xal fərqi var. Səncə, bu pillədə qalaraq çempionluq mübarizəsi aparmağınız realdır?

- Biz yalnız öz komandamıza fokuslanmışıq. Harada və nə vaxt hansı komanda ilə mübarizə aparmaq lazım gələcək, bunu zaman göstərəcək. Biz indi yalnız qarşıdakı oyunu düşünürük. Hər oyuna da maksimum nəticə üçün çıxırıq.

- “Sumqayıt”la matçdan sonra milli komandalara görə verilən fasilə sizin üçün yaxşıdır, yoxsa heç yerinə düşməyəcək?

- Bəli, "Sumqayıt"la matçdan sonra pauza olacaq. Amma o qədər də böyük deyil. Komanda bu pauzadan da ən yaxşı şəkildə istifadə etmək istəyəcək. Çünki zədəlilərimiz də var. Onlar da qayıdacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri