Icma.az
close
up
RU
Şəki Reabilitasiya Mərkəzində üç ildə əlilliyi olan 20 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib

Şəki Reabilitasiya Mərkəzində üç ildə əlilliyi olan 20 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəki, 23 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən biri Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, digəri Bərdə şəhərində yerləşən Ambulator Reabilitasiya Məntəqəsi – “RehaPoint”, 15-i isə müxtəlif regionlarda fəaliyyət göstərən reabilitasiya mərkəzləridir. Bu mərkəzlərdə əlilliyi olan şəxslərə iki istiqamətdə - tibbi və sosial-psixoloji istiqamətlərdə ambulator, stasionar, səyyar, telereabilitasiya və icma əsaslı xidmətlər göstərilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayeva Şəki şəhərində təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, Şəki Reabilitasiya Mərkəzində 14 çarpayı var. Mərkəzdə əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstərilərək onların cəmiyyətə inteqrasiyası, özünəqulluq bacarıqlarının, ümumilikdə isə həyat tərzinin təkmilləşdirilməsi üçün bir sıra xidmətlər icra olunur. Diqqətə çatdırılıb ki, cari ilin 11 ayı ərzində müəssisədə əlilliyi olan 7600-dən çox vətəndaşa, ümumilikdə isə, son 3 ildə 20 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib. Postmüharibə dövründə Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 141 nəfər reabilitasiya xidmətləri ilə təmin edilib. Ötən 11 ayda ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən reabilitasiya mərkəzlərində, ümumilikdə, əlilliyi olan 130 mindən çox şəxs reabilitasiya xidmətləri ilə əhatə olunub.

Agentliyin əməkdaşı bildirib ki, reabilitasiya xidmətlərinin effektliyinin artırılması məqsədilə ənənəvi reabilitasiya üsullarından əlavə, müasir və alternativ metodlardan da istifadə olunur. Bunlara yoqa, art-terapiya və digərlərini nümunə göstərmək olar. Reabilitasiya xidmətinin əlçatanlığının artırılması məqsədilə cari ildə “RehaBus” nəqliyyat xətti də istifadəyə verilib. Hazırda iki istiqamət üzrə “RehaBus” nəqliyyat xətti fəaliyyət göstərir.

“2026-cı ildə reabilitasiya xidmətlərinin əlçatanlığının daha da artırılması məqsədilə tədbirlər görüləcək, beynəlxalq təcrübələr tətbiq olunacaq. Eyni zamanda, reabilitasiya mərkəzlərinin infrastrukturunun genişləndirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində davamlı olaraq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”,- deyə Aygün Abdullayeva vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:24
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri