Icma.az
close
up
RU
Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ ÜZƏ 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? FOTO

Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ ÜZƏ 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəkinin Dodu məhəlləsində sürüşmə aktivliyi davam edir.
Şəki şəhərinin 18-ci rayon, Tolstoy küçəsində bir neçə ailə artıq üç ildir səksəkədə yaşayır. Xüsusən yaz və payız aylarında güclü leysan yağandan sonra dağın ətəyindəki evlərin həyətində sürüşmə aktivləşir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, seysmik aktivlik son günlərdə sakinlərin evlərində də müşahidə edilir ki, bu da mənzillərdə çatların əmələ gəlməsi, divarların genişlənməsi ilə nəticələnir.
 

MÖVZU İLƏ BAĞLI:
Qubadakı sürüşmə zonası yenidən AKTİVLƏŞDİ - FOTO


Şəki şəhəri relyefinə görə dağlıq və dağətəyi ərazidə yerləşir. Sakinlər də əsrlərdir bu relyefin tələblərinə uyğun ev tikib, inşaat işləri aparır. Şəhərin Dodu məhəlləsindəki Tolstoy küçəsində sakinlərin əksərinin evləri dağın ətəyində tikilib. Küçənin bir qolu da dörd ailənin yaşadığı digər istiqamətə uzanır. Məhz seysmik aktivlik olan əraziyə...
Sürüşmə hadisəsi 2022-ci ilin aprel ayından başlayıb.
Qeyd edək ki, 2022-ci ildə aidiyyəti orqanların nümayəndələri yaranmış vəziyyətlə bağlı sözügedən əraziyə baxış keçiriblər. Sürüşən torpaq qatının qarşısını almaq üçün qoruyucu divar çəkiləcəyi vəd olunub. Amma bu istiqamətdə heç bir iş görülməyib.
Məhəllə sakini Teyyub Məmmədov bildirir ki, bu ev ona babasından qalıb. Sadəcə ailə üzvlərinin sayı artdıqca evin ətrafında tikinti aparıb, genişləndiriblər. Lakin son illər xüsusən həyətdə eləcə də mənzildə sürüşmədən sonra çatlar əmələ gəlir və getdikcə genişlənir. Onun sözlərinə görə yağışlar və sürüşmə aktivləşəndən sonra onun həyətinin qarşısında inşa etdiyi 22 metr uzunluğunda, iki metr enində olan dağ hasar dağılıb. Evinin artırmasındakı dəmir dirəklərin betonları, eləcə də su və kanalizasiya xətləri də sürüşməyə məruz qalaraq qırılır.
“Yağışlar nəticəsində həyətyanı divarım uçub. Hazırda sürüşmə zonası olduğundan hər yağış yağanda torpaq da uçur gedir. Bura isə qonşu ilə ara divarıdır. O da hər gün çatlayıb dağlır. Allah eləməsin cüzi zəlzələ ya yağış yağası olsa, bu evlərdən əsər- əlamət qalmayacaq” deyən Teyyub Məmmədov rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və müvafiq qurumların nümayəndələrinin hadisə yerinə baxış keçirdiklərini lakin bir tədbir görülmədiyini bildirir.
Qonşuluqda yaşayan Taleh Şahnazarovun da həyət və mənzilində sürüşmədən sonra xeyli ciddi fəsadlar əmələ gəlib. Taleh bildirir ki, onların da yurdu 60-70 il əvvəl salınıb. Lakin son illər fəsadlar əmələ gəlməyə başlayıb. Xüsusən həyətin sonunda beton hasar inşa etdiklərini bildirən Taleh qeyd edir ki, 2 metr enindəki hasar zaman-zaman əyilməyə başlayıb.
Təkliflər verilib, cavab isə geçikir...
Dodu məhəlləsində sakinlərin qarşılaşdığı problemin həlli ilə bağlı müvafiq qurumların nə kimi tədbirlər görəcəyi ilə maraqlandıq.
Şəki şəhər icra hakimiyyəti memarlıq və tikinti şöbəsindən Bizim.Media-ya bildirildi ki, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilərək müvafiq akt tərtib edilib və həmin akt Nazirlər Kabinetinə göndərilib.
Nazirlər Kabineti müvafiq tədbirlər görülməsi üçün Fövqəladə Hallar Nazirliyinə tapşırıq verib.
Öz növbəsində Fövqəladə Hallar Nazirliyi yaşayış evinin dayanıqlığına yaranmış təhlükənin qarşısının alınması məqsədilə ərazidə və həyətyanı sahədə uçmuş istinad divarının bərpası və ya yenisinin inşasının məqsədəmüvafiq olduğu barədə Nazirlər Kabinetinə təklif verib.
Hazırda məsələyə Nazirlər Kabinetində baxılır. Maliyyə vəsaiti ayrılan kimi ərazidə bərpa işlərinə başlanması nəzərdə tutulur.
Ümid edək ki, yaz yağışları bərpa olunana kimi sakinlərin bu qayğısı həllini tapacaq və mənzillərində rahat yaşaya biləcəklər.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri