Icma.az
close
up
RU
Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub

Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub

Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar - Saleh Əliyev, Şahid Ballıyev və Elton Paşayev müəyyən olunaraq saxlanılıblar.

Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

seeBaxış sayı:16
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri