Şəkidə qurulan “Dar ağacı”
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çağdaş Azərbaycan ədəbiyyatında XX əsr poetik fikrinin görkəmli nümayəndəsi olan Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığı və xüsusilə onun dramaturgiyası öz aktuallığını hər zaman olduğu kimibu gün də qoruyub saxlamaqdadır.
Vahabzadə yaradıcılığında və dramaturji yanaşma mövqeyində vətən və onun taleyi mövzusu bir mərhələ və yabirdövr olaraq əks etdirilmirdi. Əksinə, yaradıcılığı boyu xüsusi olaraq bir xətt boyunca davam edən daimi aparıcı mövzuların orjinal aktuallığına əsaslanaraq bütöv və böyük Azərbaycanın milli şairi kimi dərk olunmaqla bu missiyanın daşıyıcısı olması ilə qürur duyurdu.
Bu missiya onun dramaturgiyasında daha çox özünü təsdiqləməklə müasir peşəkar Azərbaycan teatrının repertuar zənginliyinə, dolğunluğuna və maraqla izlənilməsinə xidmət edirdi. Şairin 100 illik yubileyi ərəfəsində Şəki Dövlət Dram Teatrının səhnəsində Əməkdar İncəsənət xadimi Mirbala Səlimlinin rejissor traktofkasında ədibin qələmə aldığı “Dar ağacı” tarixi faciə janrında olan pyesinin tamaşasına maraqla baxdım.
Dramaturqun tarixi mövzuda qələmə aldığı və bu istiqamətdə ilk qələm təcrübəsidə məhz “Dar ağacı”dır. Özünün də tarixi faktları maraqla izləməklə hadisələri mövzuya gətirib çıxaran bədii niyyətin orijinallığı məhz müəllifin ideya və düşüncələrini bu əsərdə daha dolğun şəkildə göstərib.Belə ki, bu pyesdə Babək xatırlanır, talelərə və əməllərə onun ruhu və qəhqəhələri ilə yekun vurulur.

Rejissor, Əməkdar İncəsənət xadimi Mirbala Səlimli səhnə quruluşunda tarixi mövzulu dramaturgiyanın ana xəttinə sadiq qalaraq orjinal səhnə traktofkasında təqdim edilməsinə müvəffəq ola bilib. Onun rejissortraktofkasındaBabəklə bağlı tarixi yaddaş və milli şüurun oyadılması aspektindən yanaşması ilə faciə janrına xas olan ştrixlərin quruluş, konflikt, qəhrəmanlıq elementləri qabarıq şəkildə göstərilir.Rejissor səhnə quruluşunda həm də tarixi mübarizənin, milli azadlıq uğrunda fədakarlığın obrazlarını uğurla fərdi qaydada ayrı-ayrılıqda təqdim etməklə,insanların vətən, azadlıq uğrunda canlarını fəda etməsinin mənəvi və əxlaqi tərəfləriniön planda böyük uğurla göstərə bilir.
Məhz Mirbala Səlimli öz səhnə quruluşunda “ədalətsizliyə, işğalçılığa, zülmə qarşı müqavimət vacibliyinin haqq və azadlıq ideyasından doğaraq sonda qalib gəlməlidir” fikrinin təzahürü olaraq üstəlik əqidə qarşıdurması, fərqli mövqe,vətənçilikvə işğalın yanında dayanmamaq kimi dramatik xətti uğurla təqdim edib.
Müəllif ideyasından irəli gələrək süjet xətti xronoloji deyil, tarixi hadisələrin müəyyən dövrünü əhatə edir. Babəkin mübarizəsi, onun ölümündən sonra xalqda oyana biləcək üsyan potensialı üzərində hadisələrin lokanik və ardıcıllıqla bir xətt boyunca qurulması tamaşanın maraqla izlənilməsinə ciddi təkan vermiş olur.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, tamaşa boyu səhnədə bir neçə simvolik olaraq dar ağaclarının qurulmasıdainsan taleyinin ancaq bir ipdən asılı olması ilə yanaşı, qiyam, edam bununladayalnızfaktikiolaraq bir hadisə kimi deyil, ideya simvolu kimi də uğurla təqdimatına yönəlir. Estetik baxımdan tamaşa boyu“Dar ağacı” səhnədə rejissor traktofkasından irəli gələrək zəngin, səlistdiləmalik olması ilə yanaşı, memarlıq, xalqının tarixindəkidöyüşlər, vətən hissləri poetik təsvir elementi kimi geniş bir formada daha dolğun şəkildə istifadəolunmaqla təqdim edilir.

Tamaşada Respublikanın Əməkdar artisti Xanlar Həşimzadə Xalq nümayəndəsi Ağsaqqal obrazındaçıxış edir. Aktyorun ifasında Ağsaqqal obrazı əsərdə sadəcə bir fərd deyil, xüsusi olaraq xalqın ümumi iradəsinin, düşüncəsinin, narahatlığının və ədalət hissinin təcəssümü olaraq təqdim edilir. O, sanki pyesdə danışan və heç zaman susa bilməyən bir vicdan funksiyasını da öz üzərində daşıyır.
O, haqsızlığa susmur, ədalətə çağırır və zülmə qarşı mövqeyinibildirir. Məhz “Dar ağacı” pyesində də təqdim edilənAğsaqqal obrazı Azərbaycan ədəbiyyatında klassiknümunəolaraq müdriklik, xalq bilgisi, həyat təcrübəsi və ədalətsimvolu olaraq təqdim edilir. Məhz tamaşa boyuncaaktyorun ifasında təqdim edilən Ağsaqqal obrazı da öz xalqının keçmişini, çəkdiyi iztirabları yaxşıxatırlayan və onlardan nəticəçıxaran,aydın baxışlı bir şəxs kimi təqdim olunur.
Əməkdar artist Xanlar Həşimzadə səhnədə ifa etdiyi obrazı ilə bir daha passiv müşahidəçi deyil, aktiv mövqe nümayiş etdirən, xalqı ayılmağa, haqq-ədalət uğrundamübarizəyə çağıran el Ağsaqqalıolaraq obrazın mahiyyət etibarı ilə tam olaraq ifasına müvəffəq olub.Aktyorun ifasında təqdim edilən obraz, sadəcə bir qoca deyil. O, xalq yaddaşı, tarix və mədəniyyətin daşıyıcısıdır. Məhz Xanlar Həşimzadəninifasında Ağsaqqal xalqın müdrikliyini, ədalətəolan inamını, keçmişin təcrübələrini və xüsusilə gələcəyə verilən ümidləri təcəssüm etdirir.
Səhnədəmaraqla baxılansurətlərdən biri də Respublikanın Əməkdar artisti Əbülfət Salahovun ifasındaXilafətin nümayəndəsiolanİbn Zeyd obrazıdır.İbn Zeyd tamaşa boyuXilafətin, yəni hökmranlıq edən və zülm edən qüvvənin təmsilçisi olaraq çıxış edir. O, mərkəzi hakimiyyətin sərt, ədalətsiz vərepressiv təbiətini əks etdirir.Aktyor tamaşa boyu İbn Zeyd obrazı vasitəsilə diktatura rejimini və onun məhdudlaşdırıcı eləcə dəinsan haqlarını pozan xarakterini uğurla təqdim edə bilir.İbn Zeyd obrazında daxili insani tərəflər və konfliktlər demək olar ki, yoxdur. O, tamamilə hakimiyyətin və qanunun sərt tərəfindədayanmaqdadır. Bu obraz vasitəsilə diktatorun insanlıqdan uzaq, yalnız hakimiyyətə bağlı tərəfi xüsusi olaraqvurğulanır.
“Dar ağacı” tamaşasındaİbn Zeyd və Akşin obrazları arasında ideoloji, əxlaqi ziddiyyət əsas dramaturji xəttikimi xüsusi olaraq göstərilir. İbn Zeyd azadlıq,ədalət uğrunda mübarizəyə qarşı olan zülm və ədalətsizliyin təmsilçisidir.Aktyorun ifasındaİbn Zeyd obrazırepressiv hakimiyyətin, özgürlük və insan hüquqlarını boğan qüvvənin simvolu olaraq da təqdim edilir. Onun xarakteri vasitəsilə pyesdə ədalətsizlikvə zülm qınanır, azadlıq uğrunda mübarizənin vacibliyi isə xüsusi olaraq önə çıxarılır.
Tamaşa boyu maraqla izlənilən surətlərdən biri də Babəkin teyfi obrazıdır. Bu obrazı Respublikanın Əməkdar artistiRəhimQocayev ifa edir. Aktyorun ifasındaBabəkin teyfi obrazı güclü iradəyə malik, qorxmaz və qəhrəmanolmaqla yanaşı, zorakılığa, haqsızlığa qarşı mübarizəapararaq ən çətin şəraitdə beləideallarından dönməzdir. Məhz aktyorun ifasında təqdim olunan Babəkin teyfimüqavimətin və milli ruhun təcəssümü olaraq maraqla izlənilir.Aktyor səhnədə öz ifa tərzi ilə bir daha Babəkin teyfiobrazında birliyə və həmrəyliyə böyük önəm verdiyini maraqlı ştrixləri ilə təqdim etməyi bacarır.
Məhz tamaşa boyu Babəkin teyfi ilə bağlı səhnələrdə pyesin əsas ideyası olanazadlıq vəədalət uğrunda mübarizənin vacibliyiaydın şəkildə göstərilir. Əməkdarartist Rəhim Qocayev obrazın mahiyyət etibarı ilə rejissor traktofkasından irəli gələrək uğurlu səhnə həllinə nail olub.

Pyesdə əsas obrazlardan biriXilafətin Azərbaycanda valisi olan Akşindir. Bu obrazı aktyor Xəyal Salahov ifa edir. Akşin “Dar ağacı” pyesnin əsas obrazlarından biridir və o, pyesin dramatik mühitində mühüm rolu olan xarakteri hesab edilir. Onun xarakteri, duyğuları və davranışları əsərdəkiəsas ideyanı ifadə etmək üçünxüsusi olaraqistifadə olunur.Tamaşa boyu aktyorun ifasında Akşin obrazı qardaşının əks istiqamətinə yönəlməklə, ərəb xilafətinin göstərişlərinə daha çox bağlılığıilə diqqət mərkəzində olmağı bacarır.
Öz hökmranlığını qorumaq, beynəlxalq və daxili güc balansının isə bəzən daxili narahatlıq və vicdan ziddiyyəti, yaltaqlıqla qorxu arasında olan seçim kimi təqdim etməklə obrazın psixologiyasının tam olaraq açılaraq təqdim olunmasına nail ola bilir. AktyorunifasındaAkşin təkcə ideallara bağlı olmayan, həm də duyğusal, insani tərəfləri olan bir obrazdır. Onun daxili konfliktləri, qorxuları, sevgi və dostluqduyğuları səhnədə ifa vasitələrindəmüxtəlif detallarlatəqdim edilir. Həmçinin Akşinin taleyi pyesin tragik xəttini təşkil edir.Hətta onun doğma qızı ilə zindan səhnəsində həyati təhlükəsinin necə qorxaqlıq və rəzillik arxasında gizlənməsi iləmüşahidə olunması obrazın mahiyyət etibarı ilə daha dolğun təqdim olunmasının göstəricisidir.
Tamaşada maraqlı surətlərdən biri də Sabutay obrazıdır.Sabutay obrazı Babəkkimi milli qəhrəmanların və Akşin kimi mübarizlərin soyundan doğulangənc nəsli təmsil edir. Onun vasitəsilə təqdim edilən səhnə əsərindəazadlıq və milli azadlıq uğrunda mübarizənin davamlılığı göstərilir. Sabutay həm keçmişin qəhrəmanlarını, həm də indiki dövrün ümidlərini özündə birləşdirir.Həmçinin Sabutay obrazı gəncliyin idealizmini və enerjisini özündəəks etdirir. O, öz dövründə baş verən zülm və ədalətsizliklərə qarşı çıxan, gələcəyə ümidlə baxan bir gənc kimi təqdim olunur.
Tamaşa boyu Sabutayın xarakterində azadlıq və ədalət arzusu güclü şəkildə hiss olunur. Bu obrazı aktyor Rəşid Mirizadəmaraqlı detallarla təqdim etməyə müvəffəq ola bilib. Obrazın daxili aləmi aktyorunsəhnə mizanları ilə yanaşı, mübariz ruhda olan birgəncin iç dünyasında gedən daxili mübarizəsindəəks olunur. O, öz kimliyini, azadlıq ideallarını və şəxsiyyətini formalaşdırmağa çalışır.
Aktrisa Lalə Məmmədin ifasında Akşin və Babəkin anası obrazı da orjinalsəpkili surətlərdən biridir. Maraqla izlənilən və Lalə Məmmədin ifasında təqdim olunan Ana səhnədə hər zaman qadın iradəsinin eləcə də gücünün təcəssümü olaraqzorakılığa və ədalətsizliyə qarşı dayanan, ruhdan düşməyən bir obraz olaraq təqdim edilir.Aktrisanın ifasında Ana surəti həmçinin Vətənin, millətin, xalqın analıq rəmzidir.
Onun çəkdiyi ağrılar, iztirablar, övladlarını azadlıq yolunda itirməsi, Vətənin işğal və zülm altında qalan halını simvolizə edir.Lalə Məmmədobrazın daxili aləmindəşəxsi faciəni, həm dəxalqın ümumi faciəsiolaraq özündə birləşdirməklə böyük ustalıqlatəqdim etməyə müvəffəq olub.Həmçinin aktrisanın ifasında Ana nəsillərarası mübarizəruhunun daşıyıcısıolmaqla, keçmişinmübarizə tarixini, Babəkin dövründən Akşin və Sabutaya qədər uzanan azadlıq ruhunundavamlılığınıözünün maraqlı ştrixli səhnə oyunu ilə təqdim edir.
Tamaşa boyu maraqla izlənilən surətlərdən biri də Akşinin qızı Çılğın obrazıdır. Gənc, cəsarətli və azad ruhlu bir qız olan Çılğın sərbəstvə həyatda öz yolunu seçmək istədiyini aşkaranə şəkildə bildirən obraz olaraq təqdim edilir. Obrazın daxili aləmindən irəli gələrək aktrisaGülxar İmamhüseynovanınifasında təqdim edilən Çılğın obrazı qadın azadlığı və şəxsiyyətin formalaşmasıbaxımından maraqla izlənilir.
İbn Tahir Akşinin yaxın dostu, vəziri və etibarlı məsləhətçisikimi çıxışlar edir. O, Akşinə ağıllı və praktik məsləhətlər verir, onun mübarizəsində sanki stratejiroloynayır. Məhz obrazdüşüncəli, ağıllı və strateji təfəkkürə malik şəxs kimi təqdim olunur. İbn Tahir mübarizənin yalnız güc yolu ilə deyil, ağılla da aparılmasının tərəfdarıdır. Ancaq Akşinin arxasından onun əməllərini yadelli işğalçılara çatdırması vəzifə və tax-tac, səltənət üzərində istək və arzularını da dilə gətirməklə Ərəb xilafətinə bir növ sədaqətini nümayiş etdirməklə sonda bu hakimiyyətə sahib olur. Məhz Akşin də İbn Tahirin əli ilə edam edilir. Bu obrazı maraqlı cizgiləri ilə aktyor Fərahim Fətəliyevifa edir. Obraz aktyorun ifasında maraqla izlənilir və diqqət mərkəzində olmağı bacarır.
Ərəb ordusunun sərkərdəsi və hakimiyyət nümayəndəsikimi təqdim olunanİbn Süheyl obrazı da hadisələrin gedişatı zamanı baş verən vəziyyətlərin cərəyan etməsində əsas qüvvə olaraq təqdim edilir.O, hakimiyyətin və işğalçı qüvvələrin bir parçası kimi, zorakı və avtoritar mövqedə dayanır. İbn Süheyl obrazıvasitəsilə tamaşa boyuişğalçı qüvvələrin, zorakılıqvəədalətsizliklə yanaşanbirtəbəqənin simvolutəqdim edilir.Tamaşaboyuncaİbn Süheylobrazı həm də qorxu və təzyiq vasitəsilə xalqı idarə edən bir fiqurdur. AktyorPərviz İsmayılovun ifasında bu obrazdavranışları iləpyesdə zorakılığın və ədalətsizliyin təzahürü olaraq təqdim edilir. Aktyorun obraz üzərində təqdimatı bir daha qəhrəmanlıq, insani dəyərlər yox, hakimiyyətin qorunması və zor gücünü ön planda göstərməsi məqamındaazadlıq və insan ləyaqəti uğrunda mübarizə edənlərə qarşı olan amansız mövqeyi ilə seçilə bilməsi qədər maraqla baxılır.
Altay pyesdə gənc, enerjili və idealist obraz kimi təqdim olunur. O, azadlıq uğrunda mübarizəyə qoşulan yeni nəsli təmsil edir. Altayın xarakteri mübarizənin davamlılığını və gələcəyə olan ümidlərinin göstəricisidir. O, çətinliklərə baxmayaraq, qorxmadan mübarizədə iştirakedir.
Cəsarəti və iradəsiiləpyesdə gənclərin rolunu ön planda təqdim etməyə müvəffəq olur.Obraz aktyor Elvin Mabudovunmaraqlı səhnə ştrixləri ilə diqqət mərkəzində olmağı bacarır. Səhnədə təqdim olunan obrazlardan biri də ənənəvi və mühafizəkar qadın obrazı olaraq təqdim edilən aktrisa Nazilə İmamhüseynovanın ifasında olan Çılğının xalası surətidir. Müəllif ideyasına görə,Çılğının xalası pyesdə daha çox ənənəvi dəyərlərə bağlı, mühafizəkar və stereotipik qadın obrazı kimi təqdim olunur. O, cəmiyyətin və ailənin mövcud qaydalarını qorumağa çalışan, dəyişikliklərə ehtiyatla yanaşanbir fiqurdur.
Aktrisanın ifasında məhz bu obraz müəllifideyasına, həmçinin rejissor traktofkasından irəli gələrəkdəyişiklik, eləcə də yenilikdən qorxan, gələcəyə qarşı isətərəddüd hisslərinin daşıyıcısı kimi təqdim olunur. O, azadlıq və mübarizə ideyalarına şübhə ilə yanaşır, hər zaman isətəhlükəsizlik və sabitlik arzusu ilə hərəkət etməyə çalışır. Aktrisa Nazilə İmamhüseynovaXala obrazı ilə ənənəvi qadın rolunun, onun mühafizəkar mövqeyinin mənfi tərəflərini özündə daha geniş formada ehtiva etməklə əks etdirə bilir.
“Dar ağacı” pyesində əsas obrazlardan biri də Yarqıtaysurətidir. Yarqıtaypyesdə ərəb xilafətinin hərbi sərkərdəsi olaraq təqdim edilir. O, fiziki güc, təzyiq və qorxu vasitəsilə xalqı itaətdə saxlamağa çalışan rejimin bir qoludur. Onun üçün əsas məsələ xalqı susdurmaq, itaətə məcbur etmək və üsyanı yatırmaqdır. Onun üçün haqq, ədalət, vicdan kimi dəyərlərin heç bir əhəmiyyəti yoxdur. Bu obraz aktyorAzad Məmmədov tərəfindən münaqişənin dramatikgərginliyini artıransurət olaraq təqdim olunur.Yarqıtay obrazı pyesdə əsas dramatik qarşıdurmalardan birinin xalqın iradəsi iləişğalçı zor arasında dayanır.
Quruluşçu və geyim üzrə rəssam Nicat Məmmədovuntərtibatı, dekorları belə tamaşanın uğurlu səhnə həllinə geniş imkanlar açıb. Onun səhnənin dərinliyində belə göstərməyə çalışdığı “Dar ağacı” özü çox güclü simvol olaraq istifadə edilməklə ədalətsizlik, hökmranlığa qarşı müqavimət, ölümün simvolu, həm də azadlıq uğrunda fədakarlıq rəmzi kimi təqdim edilir. Tamaşanın sonunda məhz Akşinin öz tax-tacınınsimvolik olaraq dar ağacı ilə əvəzlənməsi səltənətin sonda qançanağı olaraq öz başına yıxılması qədər acılı bir sonluğun nəticəsiolaraq rəssam düşüncəsinin uğurlu təzahürü olaraq təqdim edilir.
Mahnıların bəstəkarı olaraq Xatirə Orucovanın, baletmeysteri Çingiz Novruzəliyevin, vokal üzrə müəllim Fərqanə Salamovanın eləcə də musiqisi Azərbaycan və SSRİ Xalq artisti Aqşin Əlizadənin, səhnə döyüşlərinin qurulmasındaisəSahib Novruzovun uğurlu və maraqlıişləmələritamaşanın ümumi ana xəttinin açılmasındaxüsusi qeyd edilməlidir.
Beləliklə, “Dar ağacı” tarixi pyesinin tamaşasına nəzər yetirdikdə belə bir nəticəyə gələ bilərik ki, Bəxtiyar Vahabzadə bütün poeziyasında olduğu kimi, tarixi pyeslərində də böyükhəmçinin ciddi həyat məsələləri üzərində düşünərək xalqın tarixi taleyi, bu taleyi özündə, mübarizələrində əks etdirən maraqlı və orjinal dramaturgiyasının əsas fəlsəfi-estetik düşüncələrini böyük usatlıqla qələmə ala bilib.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


