Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəki, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Şəki şəhərində şəhid mayor Aqşin Abdullayevin xatirəsinə həsr olunan “Səssiz addımların qəhrəmanı” adlı anım tədbiri təşkil olunub.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” şəhər Folklor evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP Şəki şəhər təşkilatının, Regional Mədəniyyət və Təhsil idarələrinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, dövlət qurumlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, hərbçilər iştirak ediblər.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhid mayor Aqşin Abdullayevin şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açıb, onun Vətənə, torpağa bağlılığından, dövlətə sadiqliyindən bəhs ediblər.
Vurğulanıb ki, Aqşin vətənpərvərliyi ilə gənc nəsil üçün əsl nümunədir. Onun xatirəsi daim qəlblərdə yaşayacaq və göstərdiyi qəhrəmanlıq heç zaman unudulmayacaq.
Tədbir zamanı şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib, ədəbi-bədii kompozisiyalar, rəqslər təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 28 Fevral 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















