Şəkidə sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib
Icma.az bildirir, Sia Az portalına istinadən.
Avqustun 18-də Şəkidə sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib.
SİA xəbər verir ki, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, sərhədçilər və ictimaiyyət nümayəndələri əvvəlcə Şəki şəhər Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N saylı hərbi hissəsində davam edən tədbirdə hərbi hissəsinin komandiri, polkovnik-leytenant Hacı Hacıyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin Xidmət əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, DSX-nin şəhid hərbçilərinin ailə üzvləri və digər çıxış edənlər sərhəd mühafizə orqanları əməkdaşlarını təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sərhədlərimizin təhlükəsizliyinin qorunub saxlanılması işində uğurlar arzulayıblar.
Tədbir çərçivəsində Şəki şəhər Heydər Əliyev Mərkəzində ordu quruculuğuna həsr olunmuş mühazirə keçirilib və film nümayiş olunub.
Sonda tədbir Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə hazırlanmış musiqili proqramla başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Avqust 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















