Şəkidə Uşaq İncəsənət Festivalında uğur qazanmış şagirdlərin konserti olub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Şəki, 17 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı (UİF) ölkəmizdə uşaqlar üçün təşkil olunan ən genişmiqyaslı incəsənət layihələrindən biridir. Festivalın əsas məqsədi uşaqlarda incəsənətə marağın artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması, bədii-estetik zövqünün formalaşdırılması, regionlararası mədəni inteqrasiyanın gücləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dekabrın 17-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalında uğur qazanmış şagirdlərin iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertin əvvəlində diqqətə çatdırılıb ki, Uşaq İncəsənət Festivalı üç yaş qrupu (6–9, 10–13 və 14–17 yaş) üzrə təşkil olunub. Festival 24 nominasiya üzrə keçirilib və birinci mərhələdə Şəki-Zaqatala regionu üzrə 642 şagird və 19 kollektiv iştirak edib. İştirakçılardan 126 nəfəri fərdi şəkildə və 5 kollektiv final mərhələsində iştirak etmək hüququ qazanıb.
Festivalın final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala regionu üzrə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi İlham Rəcəbov 6-9 yaş qrupunda Azərbaycan xalq çalğı zərb alətləri nominasiyası üzrə peşəkar kateqoriyada birinci yerə, Hüsniyyə Hacıyeva 14-17 yaş qrupunda estrada oxuma nominasiyası üzrə həvəskar kateqoriyada ikinci yerə, həmin məktəbin “Buta” xor kollektivi isə 6–9 yaş qrupunda xor nominasiyası üzrə birinci yerə layiq görülüblər.
Festivalın final mərhələsində, həmçinin Balakən, Zaqatala, Qax və Qəbələ rayonlarının Uşaq İncəsənət məktəblərinin, Şəki şəhər 3, 4 nömrəli və Turan qəsəbə Uşaq Musiqi məktəblərinin şagirdləri, həmçinin “Qaranquşlar” və “Sülh göyərçinləri” xor, “Liquid” rəqs kollektivləri, “Gənc cazmenlər” qrupu müxtəlif nominasiyalar üzrə qalib gəliblər.
Konsert çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən qalib şagirdlərin müəllimləri və konsertmeysterlərinə təşəkkürnamələr təqdim olunub.
-1 / 6
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 18 Dekabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















