Icma.az
close
up
RU
Şəkinin payızlıq taxıl əkinlərində gəmiricilərə qarşı mübarizə tədbirləri gücləndirilib

Şəkinin payızlıq taxıl əkinlərində gəmiricilərə qarşı mübarizə tədbirləri gücləndirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəki, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki respublikanın ən iri taxılçılıq rayonlarındandır. Hər il ölkədə istehsal olunan taxılın 10-15 faizi bu rayonun payına düşür. Cari mövsümdə Şəki rayonunda gələn ilin məhsulu üçün 60 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. İndiyədək 8 min 960 hektarı buğda və 28 min 998 hektarı dən üçün arpa olmaqla, 37 min 958 hektar sahəyə toxum səpilib və hazırda səpin davam etdirilir. Səpin üçün ayrılan toxumun 8662 tonu geniş spekterli insekto-fungisidlərlə dərmanlanıb. Bu, torpaq zərərvericilərinə qarşı vegetasiya çiləmələrinin 3-4 dəfə azalması deməkdir. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki rayon mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrində monitorinqlər davam etdirilir.

Mərkəzin rəisi aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, indiyədək səpin aparılan sahələrin 33 min 66 hektarı dəmyə torpaqlardır. Bu isə uzun müddət havanın isti və quraq keçdiyi şəraitdə bir çox zərərli orqanizmlərin, xüsusilə siçanabənzər gəmiricilərin daha da aktivləşməsinə şərait yaradıb. Mərkəzin mütəxəssisləri tərəfindən əkin aparılan sahələrin 13 min 600 hektarında fitosanitar müşahidələr aparılıb, 11 min 640 hektarda iqtisadi ziyanlı həddən yüksək sıxlıq müəyyən edilərək aldadıcı yemlə kimyəvi mübarizə tədbirlərinə başlanılıb. İndiyədək 7 min 500 hektardan çox taxıl sahəsində siçanabənzər gəmiricilərə qarşı büdcə vəsaiti hesabına mübarizə tədbirləri həyata keçirilib və hazırda dərmanlama prosesi davam etdirilir. Kimyəvi mübarizə tədbirlərində fermerlərə “Pestisidlərlə işləyərkən texniki təhlükəsizlik haqqında" təlimat ətraflı izah edilib.

Mərkəzin rəsmisinin sözlərinə görə, siçanabənzər gəmiricilərin kütləvi çoxalmasının başlıca səbəbi qlobal istiləşmə ilə yanaşı, bir çox fermerlər tərəfindən aqrotexniki tədbirlərin tələb olunan qaydada aparılmamasıdır. “Bununla bağlı fermerlər arasında maarifləndirici söhbətlər aparılır, yüksək aqrofonun yaradılmasının vacibliyi onlara izah edilməklə metodik dəstək göstərilir”,- deyə Tələt Mehdiyev vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri