Səkkiz il əvvəl Berlində törədilmiş terror aktı qurbanlarının xatirəsi anılıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Berlin, 20 dekabr, AZƏRTAC
Səkkiz il əvvəl Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında törədilən terror aktı qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.
AZƏRTAC "Tagesspiegel" nəşrinə istinadla xəbər verir ki, Braytşayd meydanında keçirilən anım mərasimində həlak olanların yaxınları, dövlət qurumlarının nümayəndələri və siyasətçilər iştirak ediblər.
İmperator Vilhelm memorial kilsəsində (Gedextniskirxe - Anım kilsəsi də deyilir) davam edən mərasimdə bu terror aktı və ümumiyyətlə terrorizmin bütün formaları şiddətlə qınanılıb, faciə qurbanlarının xatirəsinə dualar oxunub.
Sonra terror aktı qurbanlarının adları oxunub, onların xatirəsinə şamlar yandırılıb və memorial kilsənin zəngi 13 dəfə çalınıb.
Xatırladaq ki, 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 Dekabr 2024 07:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















